Modern.az

Bakıda daha bir piyada ÖLÜMÜ

Bakıda daha bir piyada ÖLÜMÜ

24 Sentyabr 2018, 18:07

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Modern.az-a verilən məlumata görə, sentyabrın 15-də saat 16 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Pərviz Quliyev idarə etdiyi “Daewoo” markalı 185 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Miqdat Kuxmazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada sentyabrın 22-də orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı