Modern.az

Elmar Məmmədyarov narkotik vasitələrə qarşı mübarizəyə çağırdı

Elmar Məmmədyarov narkotik vasitələrə qarşı mübarizəyə çağırdı

24 Sentyabr 2018, 22:08

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunan “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib. Modern.az xəbər verir ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və BMT Baş Katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib.

 

Nazir BMT üzv dövlətlərini “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.

 

Azərbaycan Respublikasının da qoşulduğu sözügedən sənəd BMT üzv dövlətlərini narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir