Modern.az

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO

Hoteldə sevgilisini qətlə yetirən kişi danışdı - VİDEO

Aktual

24 Sentyabr 2018, 23:08

Abşeron rayonunun Fatmayı kəndi ərazisində hoteldə baş verən qətlin yeni təfərrüatı məlum olub. Modern.az  “Xəzər xəbər”ə istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Aysel Orucovanın qısqanclıq zəminində başını kəsən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunan 35 yaşlı Nəriman Əliyev polis tərəfindən saxlanılıb.

 

O, A. Orucovaya 11 bıçaq zərbəsi vurduğunu bildirib. N. Əliyev qətli Ayselin ona yalan danışdığına görə törətdiyini deyib.

 

Araşdırma zamanı məlum olub ki, N. Əliyev A. Orucovanı 3 ildir tanıyır və onlar tez-tez görüşüblər.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür