Modern.az

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər  

İŞİD təhlükəsi YAXINLAŞIR - Terrorçular indi də Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyirlər   

25 Sentyabr 2018, 09:00

““İslam dövləti” (İŞİD) teror təşkilatı Mərkəzi Asiyada “xilafət”  yaratmaq istəyir”.

Modern.az xəbər verir ki, bu barədə MDB Antiterror mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov bildirib. Bu barədə o, "İssık-Kul Antiterror-2018" təlimləri çərçivəsində keçirilən MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının antiterror bölmələri rəhbərlərinin müşavirəsində danışıb.

 
Andrey Novikovun sözlərinə görə, yaraqlılar regionda fəallaşmağa  çalışırlar.

Öz növbəsində, Qırğızıstanın baş nazirinin müavini Jeniş Razakov bildirib ki, terror təhlükəsi Mərkəzi Asiyada və ümumilikdə MDB ölkələrində uzunmüddətli xarakter alıb.

 

"Təəssüflə qeyd etmək lazımdır ki, Əfqanıstandan gələn terror təhlükəsi ölkəmizdə güclənir. Bizim xüsusi xidmət orqanlarının məlumatına görə, beynəlxalq terror təşkilatlarının üzvləri Mərkəzi Asiya ölkələrinə səpələniblər", - o bildirib.

 

Hələ iyun ayında Rusiya FTX-nin direktor müavini, Milli antiterror komitəsi aparatının rəhbəri İqor Sirotkin bildirib ki, verdiyi itkilərə baxmayaraq İŞİD bütün dünyada fəaliyyətini davam etdirir və ciddi təhlükə olaraq qalır.

İŞİD-in Suriyada başlatdığı silahlı münaqişə 2011-ci ildən davam edir. 2017-ci ilin sonunda Rusiya  Suriya və İraqda İŞİD qruplaşması üzərində qələbə qazanıldığını bəyan edib. Bununla belə adı çəkilən ölkələrin bəzi regionlarını terror qruplaşmasının tör-töküntülərindən təmizləmə əməliyyatları indi də davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir