Modern.az

Məmur olmaq istəyənlər sınağa çəkiləcək

Məmur olmaq istəyənlər sınağa çəkiləcək

25 Sentyabr 2018, 10:30

Dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Modern.az-a bildirilib ki, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə oktyabrın 10-da və 20-də keçiriləcək. İmtahanlar saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq oktyabrın 10-da və 20-də saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün //eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir