Modern.az

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək

Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ - Uçuş vasitələri məhv ediləcək

Qarabağ

25 Sentyabr 2018, 10:36

Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır.

Bu haqda Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, işğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.

Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq. Baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!