Modern.az

Koçaryan Paşinyanı məhkəməyə verdi

Koçaryan Paşinyanı məhkəməyə verdi

25 Sentyabr 2018, 10:40

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Yerevan Məhkəməsinin saytına məlumat var.

“Robert Koçaryan şərəf və ləyaqətinin ictimai iftiradan qorunması üçün məhkəməyə şikayət edib”-deyə açıqlamada deyilir.

 

Əsas iddia kimi Paşinyanın Parisdə erməni icması ilə görüşdə Koçaryanın insan qatili olaraq məhkəmə zalından azad olunmasını qanunsuz adlandırması ilə bağlıdır.

 

Xatırladaq ki, Robert Koçaryan 2008-ci ildə prezident seçkilərindən dərhal sonra baş qaldıran etiraz aksiyalarının yatırılması zamanı 10 nəfərin ölümündə ittiham olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir