Modern.az

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək

ABŞ yeni döyüş helikopterləri istehsal edəcək

25 Sentyabr 2018, 10:46

“Boeing” şirkəti ABŞ-ın Hərbi Hava Qüvvələrinə ballistik raketlərin mühafizəsi üçün döyüş helikopterləri istehsal edəcək.

 

Modern.az “Bloomberg” nəşrinə istinadən xəbər verir ki, 84 ədəd hərbi helikopterlər üçün şirkət ABŞ hökumətindən 2,38 milyard dollar alacaq.

“Boeing” şirkətinin tenderdə ABŞ-ın ən aparıcı silah istehsal edən “Lockheed Martin” və “Sierra Nevada” şirkətləri üzərində qələbə çalaraq bu layihəni aldığı bildirilib.

 

Şirkət MH-139 helikopterləri üçün artıq 375 milyon dollar avans alıb.

Dünyada əsasən təyyarələr istehsalı ilə ad salmış “Boeing”in bu ilk uğuru deyil.

 

Bundan əlavə şirkət avqust ayının sonlarında 805 milyon dollara ABŞ HHQ üçün 4 dron istehsal edib. Bu dronlar təyyarə daşıyan gəmilərdə döyüş təyyarələrinin yanacaq doldurulması üçün istifadə edilir.

 

Qeyd edək ki, “Boeing” şirkəti ABŞ dövlət başçıları üçün təyyarələr də istehsal edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi