Arxiv
25 Sentyabr 2018, 10:54 | AKTUAL
Müttəfiqləri ABŞ-ın planlarına etiraz etdi

ABŞ-ın müttəfiqləri İranla ticarət üçün ABŞ sanksiyalarına qarşı çıxdılar.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniya, Fransa və Almaniya Çin və Rusiya ilə birgə İrandan neft alışı üçün sanksiyaları aşacaq yeni mexanizm qurmaq istəyirlər.

Bu ölkələrin birgə bəyanatına görə İranla maliyyə hesablaşması üçün nəzərdə tutulmuş bu mexanizm ABŞ sanksiyalarına qarşı hesablanıb.

 

Birgə bəyanatın AB tərəfindən də dəstəkləndiyi bildirilib.

“Ödəniş kanallarının saxlanılması və inkişafı, xüsusilə də İrandan neft də daxil mal ixracı ilə əlaqədar ödənişləri asanlaşdırmaq üçün xüsusi təyinatlı mexanizm (Special Purpose Vehicle) yaratma təşəbbüsü iştirakçılar tərəfindən təcili ehtiyacları və nəzərə çarpan nəticələri nəzərə alaraq böyük məmnuniyyətlə qarşılanır” – agentlik bəyanatdan sitat gətirir.

 

AB-nin rəhbəri Federika Moqerini bu mexanizmin artıq qəbul olunduğunu və mütəxəssislərin bu məqsədlə görüşünün planlaşdırıldığını da qeyd edib.

 

“Praktikada bu AB ölkələrinin İranla qanuni maliyyə ödənişləri apara biləcək hüquqi şəxs (şirkət) yaradacağı anlamına gəlir. Bu yolla da Avropa şirkətləri digər şəriklərə açıq qalaraq İranla AB qanunları çərçivəsində ticarəti davam etdirə biləcəklər” – Moqerini izah edib.

Bəzi Avropa diplomatları bu sistemin SSRİ-nin soyuq müharibə dövründə İran neftini Avropa malları ilə dəyişmək üçün istifadə etdiyi barter sistemi ilə oxşar olacaq.

 

Lakin bu üsula görə ABŞ-ın da öz sanksiyalar haqda qanunlarında dəyişikliklər edəcəyi ehtimal olunur.  

Xatırladaq ki, 2015-ci ildə İran və altılıq ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında imzalanmış razılaşmaya əsasən tək tərəf öz nüvə proqramını digər ölkələr üçün açır və əvəzində sanksiyalar mərhələli formada yığışdırılır. Lakin bu ilin may ayında ABŞ prezidenti Donald Tramp girtərəfli qaydada razılaşmadan çıxdığını və İrana qarşı sanksiyaları davam etdirəcəyini bildirib. Buna qarşı çıxan razılaşmanın digər üzvləri İrana yardım üçün lazımi addımları atacaqlarını ifadə ediblər.

 

Qeyd edək ki, ABŞ İrandan neft idxalına qarşı sanksiyalar tətbiq edərək digər ölkələrdən İranla  ticarəti oktyabr ayınadək sonlandırmağı tələb edib. Bu tələbə uymayan şirkətlər ABŞ sanksiyalarına məruz qalacaqlar. Buna görə bir sıra ölkələr neft idxalını dayandırdığı halda digərləri də idxal həcmini dondurdular. Bu proses sonra Səudiyyə Ərəbistanı kimi nəhəng neft idxalçısı olan ölkələrin hazırda yaranmış tələbatı ödəyə bilmədiyi ortaya çıxıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Zakir Həsənovdan Ermənistana XƏBƏRADRLIQ: “Məsələni həll edin, əks tədqirdə...” 18 İyun 2019, 11:09 Hüseynbala Mirələmov: “Həyat yoldaşımın başı elə qarışıb ki, məni də yaddan çıxarıb” - MÜSAHİBƏ 18 İyun 2019, 11:03 Pakistan səfiri Bakı Ali Neft Məktəbində 18 İyun 2019, 10:51 Xəzərin sahilində yeni yaşayış kompleksi tikilir – 2962 ailə SEVİNƏCƏK 18 İyun 2019, 10:51 Erməni nazir Məmmədyarovla görüş üçün ABŞ-a yola düşdü 18 İyun 2019, 10:49 Kapital Bank müştərinin kreditini tam ödədi 18 İyun 2019, 10:45 Ordumuzdakı helikopterlər uzaq məsafədən hədəfi dəqiq vurmağa qadirdir – RƏSMİ 18 İyun 2019, 10:35 Zakir Həsənov:Mənim əsas vəzifəm ordunu müharibəyə hazır saxlamaqdır 18 İyun 2019, 10:29 Müdafiə naziri yeni təlim mərkəzinin açılışında    18 İyun 2019, 10:27 ABŞ-dan milyonlarla miqrant deportasiya olunacaq 18 İyun 2019, 10:16 Magistraturaya qəbul olunmaq istəyənlərə XƏBƏRDARLIQ 18 İyun 2019, 10:13 Ermənistan atəşkəsə əməl etmir 18 İyun 2019, 10:02 Daha 300 avtobus avqustda istismardan çıxarılır - BNA-dan ANONS 18 İyun 2019, 09:58 Zelenski Putinlə görüşdə ilk bu ifadəni deyəcək 18 İyun 2019, 09:49 Füzulidə 80 çarpayılıq xəstəxana tikilir 18 İyun 2019, 09:44 Bakının köhnə liftləri: 4000-dən çoxu istismar müddətini başa vurub - STATİSTİKA 18 İyun 2019, 09:41 Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş partiyalar: 21-nin sədri tapılmadı - SİYAHI 18 İyun 2019, 09:26 Prezident oğluna yüksək vəzifə verdi 18 İyun 2019, 09:02 Dilə, dil quruculuğuna qarşı diplomatiya... - II YAZI 18 İyun 2019, 08:51 Dövlət Komitəsi: “Məhkəmələrdə ən çox baxılan iş aliment məsələsidir” - MÜSAHİBƏ 18 İyun 2019, 08:46 Manat və dolların məzənnəsi  dəyişmədi 18 İyun 2019, 08:35 Bu gün AvroLiqanın püşkü atılacaq 18 İyun 2019, 08:27 Azərbaycan idmançıları II Avropa oyunlarına getdilər 18 İyun 2019, 08:21 Gürcüstan daha bir axtarışda olanı Azərbaycana təhvil verir 18 İyun 2019, 00:41 Leyla Əliyeva BMT səfiri ilə Xəzərlə bağlı müzakirə apardı 18 İyun 2019, 00:18 Sumqayıtda toyda kütləvi dava 17 İyun 2019, 23:59 Leyla Əliyeva nərə balıqlarının Xəzərə buraxılmasını izlədi - FOTO 17 İyun 2019, 23:43 Masallıda  “Mercedes” elektrik dirəyinə çırpıldı 17 İyun 2019, 23:27 Leyla Əliyeva ÜTT ilə Anlaşma Memorandumu imzaladı - FOTO 17 İyun 2019, 23:10 Binəli Yıldırım qəzaya düşənə belə yardım etdi - VİDEO 17 İyun 2019, 22:54 Gəncədə ruhi xəstə yaşadığı evi yandırdı 17 İyun 2019, 22:41 Qaradağdakı ağır qəzada 3 nəfər öldü - YENİLƏNİB 17 İyun 2019, 22:20 “Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir” - Leyla Abdullayeva 17 İyun 2019, 22:08 Goranboyda Səhiyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO 17 İyun 2019, 21:43 Elçibəyin ailəsi adından Mehriban Əliyevaya təşəkkür 17 İyun 2019, 21:22