Arxiv
25 Sentyabr 2018, 11:06 | DİASPOR
Diaspor Komitəsindən daha bir İLK: xaricdəki sənədsiz azərbaycanlıların problemləri çözülür

Qeyri-rəsmi məlumatlara əsasən, ölkəmizin hüdudlarından kənarda 3 milyona yaxın Azərbaycan vətəndaşı yaşayır. Yenə dəqiqləşdirilməmiş rəqəmlərə görə, onların 1 milyon nəfərdən çoxu Azərbaycan vətəndaşı olmaqla bərabər, həm də başqa ölkələrin - Gürcüstan, Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Qazaxıstan və s. ölkələrdən birinin və ya eyni zamanda üç və ya daha çox ölkənin vətəndaşlarıdır.

Ümumi saydan 1,5 milyondan çox vətəndaşımızın isə xaricdə daimi yaşamaq statusu aldığı bildirilir.

Bundan başqa, xaricə müvəqqəti əsaslarla - təhsil, müalicə və qaçqın statusu almaq üçün gedənlər də var. Xarici İşlər Nazirliyinin xaricdə qeydiyyatda olan ölkə vətəndaşları haqqında illik hesabatlarından və müxtəlif vaxtlarda seçkilərin nəticələri ilə bağlı xaricdə səs verən vətəndaşların sayını göstərən hesabatlarından məlum olur ki, əslində xaricdə yaşayanların 5-10 faizə qədəri qanunun tələblərinə uyğun olaraq həmin ölkələrdə konsulluq qeydiyyatına alınmaqla, böyük əksəriyyəti konsulluq qeydiyyatına alınmadan yaşayan şəxslərdir. Bu gün onların ən böyük problemi məzh qeydiyyatsız və şəxsiyyət vəsiqələrinin olmamasıdır. Bu məsələ daim dövlətimizin diqqət mərkəzindədir. Ayrı-ayrı dövlət qurumları, xüsusilə də Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi tərəfindən xaricdə yaşayan soydaşlarımızın bu cür problemlərinin həllinə yönəlik addımlar atılsa da, bəzən insanların öz səhlənkarlığı üzündən hələ də narahatlıqlar yaşanmaqdadır.


Artıq məsələnin həlli ilə bağlı daha bir dövlət qurumu Diasporla iş üzrə Dövlət Komitəsi müəyyən görüşlərə başlayıb. İlk olaraq qardaş Türkiyədə işlərə start verilib.

 


Modern.az
saytı xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupunun üzvləri hazırda Türkiyədə qanunsuz yaşayan azərbaycanlıların vətəndaşlıq məsələsinin həlli və şəxsiyyəti təsdiq edən sənədlərlə təmin etmək üçün İstanbulda səfərdədirlər. Səfər çərçivəsində 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla görüşlər keçirilir və onların siyahıya alınması aparılır.

 

Deputat Fazil Mustafa bu istiqamətdə işləri müsbət qiymətləndirib: “Xaricdə yaşayan azərbaycanlılar bizim doğmalarımızdır. Dövlət Komitəsinin atdığı addım  onların şəxsiyyət vəsiqələrilə bağlı problemlərinin çözülməsi və Azərbaycan dövlətilə əlaqələrinin bərpa olunmasıdır. Fikrimcə, atılan addım başqa qüvvələrin bu potensialdan istifadəsinin qarşısının alınmasında müsbət rol oyanayacaq və onları dəstəkləmək lazımdır. Çünki xaricdə yaşayan azərbaycanlıların ən böyük problemlərindən biri də məhz pasportlarla bağlıdır. İnsan amili, onun problemləri varsa, mütləq şəkildə çözmək lazımdır. Maneələr, hüquqi əngəllər ola bilər. Ona görə də lazım gələrsə, qanunvericilikdə də dəyişikliklər edilməlidir. Bu ideyanı və konkret atılan addımı dəstəkləyirəm”.

 

Deputat Tahir Mirkişili məsələnin həllilə bağlı araşdırmalar aparıldığını bildirib: “Xaricdə yaşayan Azərbaycan vətəndaşları üçün belə bir imkanın yaradılması, onlara böyük dəstək olacaq. Diasporla iş üzrə Dövlət Komitəsinin bunları gerçəkləşdirməsi problemin həlli istiqamətində çox müsbət addımdır”.

 

Deputat Tahir Kərimli son vaxtlar Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətinin aktivləşdiyi qənaətində olduğunu deyib: “Komitə xaricdə yaşayan soydaşlarımızın müxtəlif problemlərilə bağlı ciddi işlər görməyə təşəbbüs edir və müvafiq addımlar atır. Çox sevindiricidir ki, bu istiqamətdə atılan addımlardan ilki də qardaş Türkiyədə reallaşmaqdadır. Fuad Muradov özü hüquqi qaydaları çox gözəl bilir. Yaranmış neqativlərin aradan qaldırılmasında onun müsbət töhfə  verəcəyinə inanıram. Məsələ burasındadır ki, xaricdəki azərbaycanlılar əcnəbi və vətəndaşlığı olmayan şəxslər statusundadırlar, yaxud sənədsizdirlər. Bu isə onlara əlavə problemlər və gəginliklər yaradır, hətta yaşadıqları ölkələrdən deportasiya olunmalarına qədər gedib çıxır. Daxili İşlər Nazirliyinin Baş pasport, qeydiyyat və miqrasiya idarəsi, Xarici İşlər Nazirliyi, Miqrasiya Xidmətilə kompleks tədbirlər həyata keçirmək lazımdır ki, görülən işlər daha effektiv olsun. Məsələlərə həm ölkə içindən, həm də xaricdən dəstək verilməlidir. Hesab edirəm ki, Diasporla iş üzrə Dövlət Komitəsi soydaşlarımızın çoxluq təşkil etdiyi ölkələrin səfirliklərilə də əlaqələri genişləndirməlidir. Səfirliklərin xüsusi xidməti araşdırma aparmalı, belə vətəndaşları müəyyən etməlidir. Bəzən hansısa ölkədə baş verən təyyarə qəzasında ölənlər olur. Biz onların arasında həmvətənimiz olub-olmadığını müəyyən etməkdə çətinliklərlə qarşılaşırıq. Ona görə də problemlərin həlli üçün qeydiyyat və pasport məsələsi öncəlik təşkil edir.
Diasporla iş üzrə Dövlət Komitəsinə başladığı bu yolda uğurlar arzulayır, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Miqrasiya Xidmətilə birlikdə həyata keçirəcəyi kompleks tədbirlərin müsbət nəticələr verəcəyinə inanıram. Azərbaycanlıların xaricdə qanuni əsaslarla yaşaması istiqamətində atılan addımları dəstəkləyirəm. Məndə olan məlumata görə, Komitə bu istiqamətdə çox sağlam işlər görməyə başlayıb”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Narkotik alverçisi edam olunacaq 21 May 2019, 00:53 Xarici ticarətə dair aktların qüvvəyə minmə müddəti dəyişdi 21 May 2019, 00:42 Eyfel qülləsinə dırmaşan naməlum şəxs xilas edildi 21 May 2019, 00:24 Fuad Abbasovu iki nəfər döyüb, biri çəkib – VİDEO 21 May 2019, 00:09 Azərbaycan nefti ucuzlaşıb 20 May 2019, 23:47 Danışılmış oyuna görə 11 futbolçu saxlanılıb 20 May 2019, 23:30 Bu ölkədə polis əməkdaşı axtarılır 20 May 2019, 23:14 ABŞ donanması İranla hərbi qarşıdurmada 20 May 2019, 22:57 Tacikistanda həbsxanada qiyam 20 May 2019, 22:43 Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi 20 May 2019, 22:26 Oğuzda orta yaşlı qadın özünü asdı 20 May 2019, 22:12 Metro işçiləri tətilə başladı 20 May 2019, 21:55 “Zelenski Moskva ilə danışıqlara hazırdır” – Politoloqdan şərh 20 May 2019, 21:43 Çörək sexində bir nəfər bıçaqlandı 20 May 2019, 21:29 İstanbulda meşə yanğınları 20 May 2019, 21:17 Şimal bölgəsinin təhsil işçiləri hesabat verdi 20 May 2019, 21:00 18 nəfəri ildırım vurub öldürdü 20 May 2019, 20:43 Koçaryana qarşı cinayət işi Konstitusiya Məhkəməsinə göndərildi 20 May 2019, 20:29 Güclü külək İsmayıllıda fəsadlar törətdi - FOTO 20 May 2019, 20:13 Azərbaycanla Avropa İttifaqı yeni saziş üzrə danışıqları üç istiqamətdə aparır 20 May 2019, 20:01 Zelenskinin varidatı açıqlandı - Avropada evlər, Gürcüstanda 10 otel, ... 20 May 2019, 19:55 İsveçrə universitetinin tələbələri Bakıya gələcək - FOTO   20 May 2019, 19:47 Ukrayna hökuməti istefaya getdi 20 May 2019, 19:38 Fuad Abbasovun Azərbaycana deportasiya ediləcəyi tarix AÇIQLANDI 20 May 2019, 19:29 Eyfel qülləsi bağlandı - SƏBƏB?   20 May 2019, 19:19 Nazirlik kəndlilərə verilən mal-qara ilə bağlı şikayətlərə cavab verdi 20 May 2019, 19:08 Beşdən çox uşağı olan ailələrin sayı AÇIQLANDI 20 May 2019, 18:57 “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri təltif olunub   20 May 2019, 18:46 Təhsil Şöbəsinin sabiq müdrinin cinayət işi məhkəməyə göndərildi 20 May 2019, 18:39 Bakı küçələrində maraqlı kampaniya - FOTO 20 May 2019, 18:29 Azərbaycan Çinə nar ixrac edəcək   20 May 2019, 18:20 Məhkəmənin qərarını icra etməyən polis rəisləri ilə bağlı Ramil Usubova müraciət olundu 20 May 2019, 18:10 Çingiz Qənizadə: “Avtomobillərə jalüz qadağası DYP ilə sürücünü qarşı-qarşıya qoyur” 20 May 2019, 18:01 Bakıda keçiriləcək sessiyaya hazırlıq müzakirə olundu 20 May 2019, 17:37 Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək   20 May 2019, 17:36