Modern.az

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək

Bu ölkədə avtobuslarda üztanıma sistemi tətbiq ediləcək

25 Sentyabr 2018, 11:07

Rusiyada nəqliyyat vasitələrində ödənişlərin qəbulu prosesini asanlaşdırmaq üçün üztanıma sistemi tətbiq ediləcək.

 

Modern.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, beləliklə sərnişinlər marşruta minərkən sadəcə kameraya görünməkləri kifayət edəcək.

Yəni istifadəçi öz üzünü ödəniş terminalında qeydiyyatdan keçirərək istənilən məbləği daxil edir və sistem o nəqliyyat vasitəsinə minən zaman bu məbləğdən çıxarış edir.

 

Bu sistemin hazırda Çində metro stansiyalarında tətbiq edildiyi məlumdur.

Bunun üçün tikinti, mənzil və kommunal xidmətlər nazirinin müavini Andrey Çibisin bildirdiyi kimi Rusiyanın Çindən mütəxəssislər çağırmağı planlaşdırdığı məlum olub.

 

“Mən bildiyim qədəri ilə bu sistemin Moskvada tətbiq edilməsi ilə bağlı müzakirələr gedir. Aydındır  ki, kartların istifadəsi zərurəti ilə nəqliyyatlardan istifadə vaxtı uzanır” – Çibis bildirib.

 

Qeyd edək ki, Çində artıq polislərə üz tanıma sistemi ilə təchiz edilmiş xüsusi eynəklər verilir. Bu eynəklər hüquq mühafizə orqanı əməkdaşının diqqətini yayındırmadan axtarışda olan şəxsləri tanıyaraq ona məlumat verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!