Arxiv
25 Sentyabr 2018, 11:58 | AKTUAL
Azərbaycan Banklar Assosiasiyasında yeni TƏYİNATLAR oldu

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib.

Qurumdan Modern.az-a bildirilib ki, iclas zamanı bankların maliyyə vasitəçiliyi imkanlarının artırılması üzrə banklar tərəfindən ABA-ya ünvanlanmış təkliflərin işlənməsi üçün müvafiq İşçi Qrup yaradılıb .

İclasda eyni zamanda ABA-nın yeni vitse-prezidenti seçilmişdir. Belə ki, ABA-nın vitse-prezidenti Xalid Əhədovu “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədri vəzifəsini icra edən Abbas İbrahimov əvəz edib.


İclasda ABA-nın nəzdində yeni yaradılmış “Risklərin İdarə edilməsi üzrə Ekspert Qrupu”nun sədri təyin edilib. Ekspert Qrupunun yaradılmasında məqsəd risklərin idarə edilməsi sahəsində yeni çağırışlar və qabaqcıl təcrübələrin öyrənilməsi, bu təcrübələrin yerli bank sisteminə tətbiqi imkanlarının araşdırılıması, tənzimləyici və nəzarət orqanları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, risklərin idarə edilməsinə dair müxtəlif normativ sənədlərin işlənib hazırlanmasında peşəkar iştirak, əlaqədar qurumlara əsaslandırılmış təkliflərin hazırlanmasıdır. Ekspert Qrupuna sədr “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov təyin edilib.

Həmçinin iclas zamanı yeni yaradılmış digər Qrupun- “Ticarətin və layihələrin maliyyələşdirilməsi üzrə Ekspert Qrupu”nun yaradılması və qrup sədri təyin olunub. Qrupun yaradılmasında məqsəd Azərbaycan Respublikasının qanunvericiliyinin akkreditiv, qarantiyaların, inkasso və sair sənədli əməliyyatların beynəlxalq qanunvericiliyin tələblərinə uyğunluğunun təhlil edilməsi,sözügedən bank məhsullarının təqdim edilməsində qarşıya çıxan və potensial problemlərin müzakirəsi, qeyd olunan sahədə beynəlxalq standartların tətbiq edilməsi imkanlarının araşdırılması və ölkədə bank fəaliyyətinin tənzimlənməsini həyata keçirən orqanlar tərəfindən normativ aktlarda dəyişikliklərin aparılması zamanı müvafiq təkliflərin verilməsi, xarici banklarla əlaqələrin qurulması və genişləndirilməsi perspektivlərinin nəzərdən keçirilməsi, ixrac kredit agentlikləri və digər xarici maliyyə institutları vasitəsilə Azərbaycanda irimiqyaslı, uzunmüddətli layihələrin maliyyələşdirilməsi sahəsində imkanların araşdırılması, yerli və xarici banklarla təcrübə mübadiləsi, bu istiqamətlərdə aparılan gündəlik əməliyyatlarda qarşıya çıxan problemlərə dair müzakirələrin aparılması və məqsədəuyğun tövsiyələrin verilməsdir.

Ekspert Qrupuna “Bank VTB (Azərbaycan)” ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Yasin Cəlilov sədr təyin edilib.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ” yenə qələbə qazana bilmədi 25 İyun 2019, 23:43 Səfir Azərbaycanı tərk etdi - SƏBƏB 25 İyun 2019, 23:29 Ziya Bünyadov prospektində güclü tıxac yaranıb 25 İyun 2019, 23:12 Azərbaycan nefti ucuzlaşdı 25 İyun 2019, 22:55 Fuad Abbasov BAKIDADIR - FOTO, VİDEO, YENİLƏNİB 25 İyun 2019, 22:55 “Ambassador” oteldə baş verən zorlama ilə bağlı sensasion saxtakarlıq 25 İyun 2019, 22:37 Dilqəmlə Şahbazın taleyi AŞPA-da müzakirə olundu 25 İyun 2019, 22:25 Tural Gəncəliyevdən erməni nazirə: “Ermənistan tərəfi anlamalıdır ki...” 25 İyun 2019, 22:09 “Onminlərlə azərbaycanlı qadın məcburi köçkün həyatı yaşayır, öz evlərinə dönə bilmirlər” – Qənirə Paşayeva 25 İyun 2019, 21:47 Deputat Vəkil Bürosu ilə memorandum imzaladı - FOTO 25 İyun 2019, 21:31 Bakı-Ələt yolunda ağır qəza 25 İyun 2019, 21:14 Bakıda dönər yeyən 5 nəfər xəstəxanalıq oldu-ZƏHƏRLƏNMƏ   25 İyun 2019, 20:43 Bu dəfə deputatlar yumruq davasına çıxdı - FOTO 25 İyun 2019, 20:38 Belarusdan bir qızıl, iki bürünc şansı 25 İyun 2019, 20:30 Mingəçevirdə bir nəfəri GÜLLƏLƏDİLƏR 25 İyun 2019, 20:18 Yasamalda reyd: 150 piyada, 15 sürücü cərimələndi 25 İyun 2019, 20:04 Beşqat dünya çempionu Ehram Məcidova hökm oxundu 25 İyun 2019, 19:35 Heydər Əliyev prospektindəki qəza tıxac yaratdı 25 İyun 2019, 19:24 Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatdı 25 İyun 2019, 18:50 YAP-ın aidiyyatı ərazi ilk partiya təşkilatı yaradıldı 25 İyun 2019, 18:47 AŞPA-da  Dilqəm və Şahbazla bağlı tədbir keçirildi 25 İyun 2019, 18:16 “Dillər Universiteti ilə əməkdaşlıq gələcəkdə də davam edəcək”  25 İyun 2019, 18:09 Prezidentin “Facebook” səhifəsində Silahlı Qüvvələr Günü ilə bağlı videoçarx paylaşıldı 25 İyun 2019, 18:03 Hadi Rəcəbli: “O cür danışanları yerində otuzdurmalıyıq” 25 İyun 2019, 18:00 Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı 25 İyun 2019, 18:00 Zakir Həsənov 6 hərbçiyə general rütbəsi təqdim etdi - VİDEO 25 İyun 2019, 17:49 Bu yay Samsung smartfonu və hədiyyələr Azercell-dən! 25 İyun 2019, 17:44 Çimərliklərə giriş pulsuzdur! - Bakı Meriyasından ÇAĞIRIŞ 25 İyun 2019, 17:41 Hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib 25 İyun 2019, 17:37 Prezident İsmayıllıda yol tikintisinə 2,9 milyon pul ayırdı 25 İyun 2019, 17:32 Mehriban Əliyeva Şirməmməd Hüseynovun hüzr mərasimində - FOTO 25 İyun 2019, 17:26 Bakı Şəhər Baş Polis İdarəsi genişmiqyaslı reydlərə başladı 25 İyun 2019, 17:12 Manat və dolların 2 günlük MƏZƏNNƏSİ 25 İyun 2019, 17:07 “Qaçqınkom”da muğam müsabiqəsinin qalibləri ilə görüş olub 25 İyun 2019, 16:57 319.3 milyon manat sığorta haqqı toplanıb 25 İyun 2019, 16:56