Arxiv
25 Sentyabr 2018, 12:48 | AKTUAL
Almasatanın DƏRDİ  

Nicat Nəsirli

Sentyabrın ikinci yarısından şimal bölgəsində alma yığımı mövsüm başlayıb. Adətən, meyvə yeni çıxanda bazara yüksək qiymətlə girir, almamız isə “məğlub vəziyyətdə oyuna girib”. Bağbanlar deyirlər ki, bağlarda kiloqramı 0.20-0.25 qəpikdir, onu da alan olsa. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il almamız 50%-ə qədər dəyər itirib. 2017-ci ilin sentyabrında bağlarda ən ucuz alma 0.50-0.60 qəpiyə təklif olunurdu.

İndi topdansatış bazarlarında isə ən ucuz almanın kiloqramı 0.30-0.37 qəpik arasındadır. Topdansatışlarda hətta 8 kq alma 2 manata, səyyar satışlarda 3 kq 1 manata satılır. Rəsmi göstəricilərə görə, Quba-Xaçmaz bölgəsində köhnə bağların məhsuldarlığı hektardan 10 tondur, bu da o deməkdir ki, bağban əlindəki məhsulu sata bilsə hektardan 4 min manat əldə edəcək. Ötən il isə hektardan götürdüyü gəlir 8-9 min manat arası idi. 

Builki təsərrüfat mövsümündə ölkə üzrə 270 min tondan çox alma tədarükü gözlənilir. Alma üçün yaranmış təhlükələr: 

1. Əsas xarici bazarımız olan Rusiyada maliyyə sabitliyi pozulub, Türkiyədən sonra bu ölkədə də dollar rubla nisbətdə kəskin bahalaşıb. Belə olan halda məhsulu ucuz rubla satıb xeyir əldə etmək mümkün olmayacaq. Elə indidən bir çox istehsalçılar Rusiyaya məhsul aparmağa tərəddüd edirlər. İri istehsalçılar məhsulu anbarlara yığıb bir müddət gözləməli olacaqlar ki, Rusiyadakı istehlakçılar yeni qiymət dəyişmələrinə inteqrasiya etsinlər. Saxlama imkanı olmayan kiçik fermerlər isə məhsulu dəyər-dəyməzinə satmalı olacaqlar. Bu qədər məhsulun kütləvi şəkildə daxili bazara girişi ucuzlaşmaya səbəb ola bilər.

2. Bu ilki iqlim şərtləri meyvə bağlarında keyfiyyətə ciddi təsir göstərib. Xüsusən, əsas alma istehsalçısı olan Qubada kiçik təsərrüfatların əksəriyyətində mövsüm ərzində bağlara dəfələrlə dərman səpilməsinə baxmayaraq dəmgil xəstəliyi məhsulların əmtəə görünüşünə öz zərbəsini vurub. İndidən demək olar ki, kiçik təsərrüfatlardakı almanın böyük əksəriyyəti emala getməlidir. Bağlardan xəstəliyin geniş yayılmasının digər səbəbləri dərmanların keyfiyyətsiz olması, bəzi fermerlərin kimyəvi dərmanlama işləri aparmamasıdır. 

İri istehsalçılar üçün 1-2 bir aylıq gözləmə dövrü olacaq: hazırda Rusiyanın cənub bölgələrində istehsal potensialı güclüdür, təxminən bir aydan sonra bu ölkədə yay mövsümü başa çatanda bazarlarda ciddi boşluq yarana bilər. O zaman rusiyalı istehlakçı bizim almamızı yeni qiymətlərlə qəbul etmək məcburiyyətində qalacaq.

Xırda istehsalçılların iqtisadi müdafiəsini isə xalq olaraq üzərimizə götürməliyik. Bu mövsüm yerli istehsalçılara şəxsi istehlakı artırmaqla dəstək verməli olacağıq, hər bir fərd gündəlik alma istehlakını artırmalıdır, bu il hər bir vətəndaşa düşən alma norması 28 kq-dır, rəsmi göstəricilər deyir ki, ildə adambaşına 21 kq alma istehlak etməliyik, amma reallıqda çox aşağıdır. . Odur ki, gəlin gündəlik alma normamızı artıraq və yerli fermerimizə dəstək olaq! 

Almanın xüsusi həvəskarı olan ingilislər deyir ki, “hər gün 1 alma yeyən insanın həkimi işsiz qalacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Elçibəyin müşaviri vəfat eib 26 İyun 2019, 19:41 Eks-nazir Ziya Məmmədov “Feysbuk”da - FOTOLAR 26 İyun 2019, 19:35 Gürcü larisi ucuzlaşmaqda davam edir 26 İyun 2019, 19:15 Çin Rusiya neftini almaqdan imtina etdi 26 İyun 2019, 19:04 Lənkəran çayında boğulan gəncin meyiti tapılıb 26 İyun 2019, 18:59 Daha bir erməni əsgər öldü 26 İyun 2019, 18:52 Bakı sakinindən “Makarov” markalı tapança götürülüb 26 İyun 2019, 18:44 Azərbaycan boksçusu “Minsk-2019”un yarımfinalında 26 İyun 2019, 18:37 Avarçəkənimiz II Avropa oyunlarının yarımfinalına çıxdı 26 İyun 2019, 18:27 NATO mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edildi 26 İyun 2019, 17:40 İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə  26 İyun 2019, 16:47 Prezident Vəfa Zeynalovaya ev hədiyyə etdi 26 İyun 2019, 16:24 Rəsmi Moskva ABŞ-la İran arasında müharibə başlaya biləcəyini anons etdi 26 İyun 2019, 16:10 “Azərbaycan Ordusu öz sözünü deyəcək, o gün uzaqda deyil” - Deputat Kamilə Əliyeva 26 İyun 2019, 15:50 Bakı bulvarının SOYĞUNÇULARI - Onlardan turistlər də narazıdır! 26 İyun 2019, 15:43 Müdafiə Nazirliyi şəhid ailələrini bir araya topladı - VİDEO 26 İyun 2019, 15:32 Kəmaləddin Heydərov vətəndaşlara müraciət etdi 26 İyun 2019, 15:23 Səhərinizi motivasiya ilə başlayın, gün boyu gümrah olun! 26 İyun 2019, 15:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi - FOTOLAR 26 İyun 2019, 15:02 Kəmaləddin Heydərov və Eldar Əzizov yanğın baş verən yerə getdi - FOTOLAR-YENİLƏNİB 26 İyun 2019, 15:00 Qayınatasının evinə atəş açdı, polis tutdu 26 İyun 2019, 14:54 Səhiyyə Nazirliyindən yeni narkotik növü ilə bağlı XƏBƏRDARLIQ   26 İyun 2019, 14:40 Sahil Babayev Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə müzakirə apardı 26 İyun 2019, 14:38 Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi   26 İyun 2019, 14:33 Deputat: “Prezidentin diqqəti qüdrətli bir ordunun formalaşmasına xidmət edir” 26 İyun 2019, 14:02 Polkovnik-leytenant: “Lələtəpədə yüksək rütbəli erməni zabitlərini mühasirəyə alıb məhv etdik” - MÜSAHİBƏ 26 İyun 2019, 13:59 Yol polisindən “plyonka xəbərdarlığı: “Heç kimə güzəşt olmayacaq!” 26 İyun 2019, 13:48 Rusiyada terror aktı planlaşdıran İŞİD üzvü tutulub   26 İyun 2019, 13:25 Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı   26 İyun 2019, 13:10 Hacı Əliyev erməni rəqibini 6:0 hesabı ilə məğlub etdi 26 İyun 2019, 13:07 Məhərrəm Quliyev “Cümə” məscidi ilə bağlı tövsiyə verdi 26 İyun 2019, 13:03 Bakıda 12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı RƏSMİ AÇIQLAMA 26 İyun 2019, 12:53 Mətbuat Şurası Əməkdar jurnalistlə bağlı nekroloq imzalayıb   26 İyun 2019, 12:48 Silahlı Qüvvələr Günü Goranboyda - FOTOLAR 26 İyun 2019, 12:44 Qubada itkin düşən azyaşlı tapılaraq valideyninə təhvil verilib   26 İyun 2019, 12:40