Arxiv
25 Sentyabr 2018, 13:11 | İQTİSADİYYAT
“Bakıda niyə valyutadəyişmə məntəqəsi açılmır?” - Palata suala CAVAB VERDİ  

“Bu gün Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Axı niyə? Biz valyutadəyişmə məntəqələrinin açılması üçün axı qanuna dəyişiklik etmişdik. Hesab edirəm ki, bununla bağlı heç bir problem yoxdur”. 

Bunu ötən gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Rüfət Quliyev deyib. Deputat bildirib ki, banklar şənbə və bazar günləri işləmir. 

“Onda vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harda var? Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?”.

R.Quliyev iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarovdan bu suala cavab verməyi istəyib. 

“Əgər bacarırsınızsa, bu sualın cavabını indi verin. Əgər indi olmasa, bununla bağlı sonra açıqlama verin. Çünki bunu bizdən insanlar soruşur. Həm də biz bu problemin olmasını görürük”.

 

Məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktları qüvvəyə mindikdən sonra başlanacaq:

 

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın verilməsi üçün müraciətlərin qəbuluna “Valyuta tənzimi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında Prezident Fərmanı ilə müəyyən edilmiş valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktlar  qüvvəyə mindikdən sonra başlanacaq.

 “Valyuta tənzimi haqqında” Qanunla müəyyən edilmiş qaydada rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filialları valyuta mübadiləsi fəaliyyətinə lisenziya ala bilərlər”.

Palata “Valyutadəyişmə məntəqəsi açmaq üçün müraciət edənlər varmı” sualını belə cavablandırıb:

“Valyuta mübadiləsi məntəqələrin açılması üçün sənədlərin qəbulu valyuta mübadiləsi fəaliyyətini tənzimləyən bütün normativ xarakterli hüquqi aktların qüvvəyə minməsindən sonra başlanacaq”.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29 Ermənistanda növbəti etiraz aksiyası 30 Noyabr 2020, 21:21 Gürcüstanda zəlzələ 30 Noyabr 2020, 21:07 Türkiyənin hərbi istehkamçıları Azərbaycana gəlib - RƏSMİ 30 Noyabr 2020, 20:54 Tramp vaksinin istifadəsinə icazə verməyə çağırdı 30 Noyabr 2020, 20:49 Gürcüstanda nazir və müavini koronavirusa yoluxdu 30 Noyabr 2020, 20:36 Nazir Günay Əfəndiyeva ilə görüşdü 30 Noyabr 2020, 20:24 Salyanda azyaşlını maşın vurdu 30 Noyabr 2020, 20:13 Qızıl və gümüş ucuzlaşdı 30 Noyabr 2020, 20:03 Nazirlik qazi Kənanı nəzarətə götürdü - anası işlə təmin edildi 30 Noyabr 2020, 19:52 Rusiya sülhməramlıları üçün növbəti maddi-texniki təminat vasitələri gətirildi - VİDEO 30 Noyabr 2020, 19:43 Şamil Ayrım İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 19:34 Türk minaaxtaranlar Qarabağda - FOTO 30 Noyabr 2020, 19:25 Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı AÇIQLAMA 30 Noyabr 2020, 19:16 Bayrağı uca 30 Noyabr 2020, 19:07
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?