Modern.az

“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan TƏKLİF

“Ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqram yaradılsın” – Deputatdan TƏKLİF

Aktual

25 Sentyabr 2018, 13:25

“Çox təəssüflər olsun ki, bu gün Azərbaycanda ölüm halları və əlilliyin böyük hissəsi ürək-damar xəstəliklərindən baş verir”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, məşhur ürək cərrahı Rəşad Mahmudov deyib. Deputat qeyd edib ki, təkcə Azərbaycanda deyil, bütün dünyada ürək-damar xəstəlikləri ölümə səbəb olma baxımından birinci sıradadır.

 

Deputat Azərbaycanda ürək-damar xəstəlikləri ilə bağlı xüsusi proqramın yaradılması təklifini irəli sürüb.

 

“Kəskin ürək-damar xəstəlikləri böyük bir populiyasiyanın problemidir. Və ciddi maliyyə dəstəyinə ehtiyac var. Gecələr təcili tibbi yardımların çağırıldığı statistikalara baxdığımız zaman ən çox problem yaradan hadisələr kəskin infraktlardır. Azərbaycanda kəskin infraktların müalicəsinin aparılması üçün yetəri qədər hüquqi baza var.

 

Xüsusi bir proqramla bu problemin həlli səhiyyə büdcəsi içərisində bəlkə də 1 faizin altında maliyyə gücü ilə bütün ölkədə olan təcili vəziyyətlərin həlli istiqamətində bizə böyük imkanlar verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır