Arxiv
25 Sentyabr 2018, 13:49 | AKTUAL
Mətbuat Şurasında veteran jurnalistin 85 yaşı qeyd olundu

Azərbaycan Mətbuat Şurasında qocaman jurnalist Oqtay Cəfərovla görüş keçirilib.

Modern.az xəbər verir ki, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov 85 illiyini qeyd edən veteran qələm sahibinin ölkə mətbuatının inkişafındakı xidmətlərindən söz açıb. O bildirib ki, rəhbərlik etdiyi qurumun tərkibindəki Ahıl Jurnalistlər Məclisinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır» layihəsi ömrünü-gününü peşəyə sərf edən jurnalistlərin əməyinin dəyərləndirilməsi baxımından son dərəcə vacibdir. O.Cəfərov da keçdiyi ömür yolu peşə müstəvisində yüksək qiymətləndirilməli olan şəxslərdəndir. «Oqtay müəllim kimi insanlar daim diqqət mərkəzində saxlanılmalıdır. Çünki onlar peşəni həqiqətən də seviblər, ucaldıblar, hər zaman işlərinə, prinsiplərinə sadiq qalıblar. Eyni zamanda ziyalı kimi də cəmiyyətə nümunə olmağı bacarıblar», - deyən Ə.Amaşov O.Cəfərova Mətbuat Şurasının fəxri diplomunu təqdim edib.

 

Görüşdə çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə, «Xalq qəzeti»nin baş redaktor müavini, əməkdar jurnalist Tahir Aydınoğlu, professor Tehman Əliyev, əməkdar mədəniyyət işçisi Rafiq Salmanov yubilyarı peşəkar jurnalist, cəsarətli qələm sahibi kimi səciyyələndiriblər. Onlar həmçinin O.Cəfərovun daim gənc jurnalistlərə dəstək olduğunu xüsusi məqam kimi vurğulayıblar.

 

Veteran jurnalist Oqtay Cəfərov əməyinin qiymətləndirilməsinə, barəsində söylənilən xoş sözlərə görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Oqtay Cəfərov 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin ikinci buraxılışının məzunu olub. Jurnalist fəaliyyəti müddətində Göyçay rayonunda çıxan yerli qəzetin, Sumqayıtın «Kimyaçı» qəzetinin, «İnşaatçı» qəzetinin, həmçinin «Müxbir» jurnalının baş redaktoru olub. Ömrünün 60 ili mətbuatda keçib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33 Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi" 15 İyun 2019, 14:30 Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT 15 İyun 2019, 13:54 Zakir Həsənov generalları topladı, müharibə mesajı verdi 15 İyun 2019, 13:46 Kümçülür bugünədək 499,28 ton yaş barama təhvil veriblər 15 İyun 2019, 13:14 Sabahın havası – 38 dərəcə isti olacaq 15 İyun 2019, 13:13 Rəsmi Bakı Məmmədyarov-Mnatsakanyan görüşündən konkret nəticələr əldə olunacağına ümid edir 15 İyun 2019, 12:43 Gəncədə oğurluq edənlər saxlanıldı 15 İyun 2019, 12:20