Arxiv
25 Sentyabr 2018, 13:59 | AKTUAL
“Azercell”dən maraqlı layihə: “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq”

Bu gün “Azercell" şirkətinin təşkilatçılığı ilə Park İnn Hotel-də  “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq” təlim proqramının təqdimatı keçirilib.

 

Modern.az xəbər verir ki, Mətbuat konfransında "Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürsəliyev, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev və Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müavini Vidadi Bağırov və media nümayəndələri iştirak edib. 

 

Toplantıda çıxış edən  "Azercell Telecom" MMC-nin prezidenti Vüsal Mürsəliyev bildirib ki,  layihənin əsas məqsədi  həyatımızın ayrılmaz bir hissəsinə çevrilən, əvəzediləz ünsiyyət vasitəsi olan internetdən istifadənin düzgün qurulması ilə bağlı insanları məlumatlandırmaqdır:

“ Eləcə də, internetdən gələ biləcək təhlükənin qarşısını almağın yollarını öyrətməkdir. Ötən il də “Azercell” şirkəti belə bir layihə həyata keçirmişdi. “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” adlı bir layihəyə start verdik. Bu layihənin də əsas məqsədi internetdən gələn zərərlərin qarşısını almaq idi. Rəqəmsal vətəndaşlıq deyərkən bunun nə olduğunu da izah etməyə ehtiyac var. Belə ki, hər bir fərd mobil cihazdan istifadə edir və avtomatik olaraq o, rəqəmsal vətəndaşa çevrilir. Çünki  bu gün biz əlimizdə olan kiçik bir cihazla  Bakıda oturaraq ucqar  dağ kəndindəki həyətyanı sahəmizi belə suvara biliriksə, biz artıq rəqəmsal dünyada yaşayırıq və rəqəmsal vətəndaşa çevrilmişik. Nəzərə alınmalı ən ciddi məsələ də ondan ibarətdir ki, bu gün doğulan uşaqlar artıq rəqəmsal dünyada doğulurlar. Hər bir evdə rəqəmsal xarakterli o qədər cihazlar var ki, uşaq dünyaya göz açdığı andan onların içində böyüyür”. 

Vüsal Mürsəliyev deyib ki, yetişən gənc nəslin bu rəqəmsal dünyada mövcud təhlükələrdən uzaq olması üçün işlər görülməlidir:

“Bunun üçün biz bu sahədə ixtisaslaşmış mütəxəssislərlə əməkdaşlıq etdik və Bakı  məktəblərində həm müəllimlərə, həm valideynlərə, həm də şagirdlərə təlimlər keçməyə başladıq. Ancaq təbii ki, bununla kifayətlənmək olmaz. Çünki rəqəmsal dünya gündən-günə genişlənir, bölgələrə də yayılır. İndi biz qərara almışıq ki, yeni tədris ilində artıq bölgələrə gedək, bölgələrdə də həm müəllimlərə, həm valideynlərə, həm də şagirdlərə təlim keçək, maarifləndirək. “Azercell” şirkəti Azərbayanın mobil rabitə bazarında lider şirkətdir, 4,5 milyona yaxın abunəçini öz ətrafında cəmləşdirib. Ən geniş 4G şəbəkəsinə malikdir və bu şəbəkəni gündən-günə genişləndirir. Təkcə 2018-ci il ərzində biz Qəbələdə, Qubada , Ağcabədidə, Masallıda, Tovuda, Gədəbəydə və bir  çox rayonların mərkəzində 4G şəbəkəsini qurduq. GƏncədə bu şəbəkə çoxdan var. 4G şəbəkəsi genişləndikcə biz “mobil interneti hər kəs üçün əlçatan edək” devizinə yaxınlaşırıq. Biz abunəçilərimiz üçün mobil interneti daha əlçatan edirik. Lakin mobil internetə çatım asanlaşdıqca, oradan gələ biləcək zərərin riski artmış olur. Ona görə də biz bu sahədə öz tərəfdaşlarımızla əməkdaşlıq edib, xüsusilə uşaqların və gənclərin bu cür təhlükələrdən qorunmasına yardım edirik”.

Şirkət rəhbərinin sözlərinə görə,  “Azercell” şirkəti öz koorporativ sosial məsuliyyətini, yəni cəmiyyət qarşısında məsuliyyətini dərk edir:

“O səbəbdən bu layihələrə xüsusi önəm veririk. Bu elə bir mövzudur ki, təkcə bu günün deyil, həm də sabahın mövzusudur. Texnologiya elə dinamika ilə inkişaf edir ki, bu internetlə gələ biləcək təhlükə daha aktual olur,  real həyatda  o zərərlə üzləşmək ehtimalı da  yüksək olur. İnsanların əksəriyyəti bu təhlükə ilə mübarizə yollarını bilmirlər. Ona görə də, maarifləndirmə işi çox vacibdir. Nəinki ayrı-ayrı şirkətlər, hətta bir çox dövlətlər bu məsələyə ciddi önəm verirlər. Bu dövlətlər müvafiq şirkətlər qarşısında bu məsələni şərt kimi qoyurlar. Böyük şirkətlər də təsir dairəsindən asılı olaraq silsilə tədbirlər hazırlayırlar. Biz də “Azercell” şirkəti olaraq bunu çox gözəl anlayırıq, bu maarifləndirmə işinə daha öncədən başlamışıq. Öz sahəsinin ən mötəbər şirkətlərindən biri olan “Kasperski” şirkəti ilə müqavilə bağlamışıq və uşaqların, gənclərin internetdın istifadəsi zamanı gələ biləcək zərərin qarşısının alınmasında valideyn nəzarəti və rolunu önə çəkdik. Xüsusilə də uşaqlar tez təsir altına düşür. Onların qorunması çox vacibdir. Biz şirkət olaraq bu məsələyə çox önəm veririk. Bizim bu sahədə Müəllim İnkişaf Mərkəzinin əməkdaşları ilə sıx əlaqəmiz var. Onlar bizimlə birgə bölgələrə gedib təlim keçmək üçün xüsusi təlim proqramı hazırlayıblar. Bu proqramı ölkənin bir çox regionunda təbliğ etməyə çalışacağıq”. 

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin təhsilin inkişafı proqramlarının sektor müavini Vidadi Bağırov, Ombudsman Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Faiq Ağayev çıxış edərək internetdə uşaqların təhlükəsizliyinin təmin olunmasının vacibliyini, Azercell-in bu təşəbbüsünü dəstəklədiklərini vurğulayıblar.  

Qeyd edək ki, ötən ildən başlayaraq Azercell şirkətinin təşkilatçılığı ilə Bakı məktəblərində şagirdlər, müəllimlər və valideynlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusunda təlimlər keçirilir. Bakının bir neçə məktəbində həyata keçirilmiş tədrislər bu il regionlarda da təşkil olunacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33 Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi" 15 İyun 2019, 14:30 Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT 15 İyun 2019, 13:54 Zakir Həsənov generalları topladı, müharibə mesajı verdi 15 İyun 2019, 13:46 Kümçülür bugünədək 499,28 ton yaş barama təhvil veriblər 15 İyun 2019, 13:14 Sabahın havası – 38 dərəcə isti olacaq 15 İyun 2019, 13:13