Modern.az

İranda tələbələrin etiraz aksiyası başladı

İranda tələbələrin etiraz aksiyası başladı

7 Dekabr 2009, 15:15

Bu gün İranda tələbələrin mövcud rejimə qarşı etiraz aksiyası başlayıb. Modern.az-ın BBC-yə istinadən yaydığı məlumata görə,  səhər tezdən İran polisi Tehran Universitetini mühasirəyə alıb. Polis qüvvələri  müxalifətin tələbə gününə həsr olunmuş nümayişlərinin qarşısını almaq üçün hazırlıq vəziyyətinə gətirilib. “Röyter” agentliyi də Tehran Universitetinə yaxın  küçə və meydanların polis tərəfindən nəzarətə götürüldüyünü xəbər verib.

 

İran hakimiyyətinə etiraz dünən axşamdan başlayıb. Rejimə etiraz edənlər evlərin damından

 “Allahu-Əkbər” və “diktatora ölüm” şüarları səsləndiriblər.

 

Xatırladaq ki, Tələbə günü ərəfəsində molla rejimi  xarici xəbər agentliklərinin fəaliyyətini dondurub. Jurnalistlərə üç gün ərzində ofislərini tərk etməməyi tapşırıblar .

 

Müxalifət liderli Mirhüseyn Musəvi tələbə etirazlarını dəstəklədiyini bildirərək rejimə qarşı mübarizənin davam etdiriləcəyini bəyan edib.

 

Qeyd edək ki, bugünkü etiraz aksiyası  1953-cü ildə tələbələrin ölümünün ildönümünə  həsr olunub.  Molla rejimi tələbə gününün müxalifətin hakimiyyətə qarşı genişmiqyaslı etiraz aksiyalarına təkan verə bilməsindən təşviş keçirir.   

İran polisinin rəhbəri general İsmayıl Əhmədi Müqəddəm tələbələrin icazəsiz aksiyasının qarşısının sərtliklə alınacağını deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu