Arxiv
25 Sentyabr 2018, 17:38 | AKTUAL
İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Xüsusi Olimpiya Komitəsinin sədri Timoti Şriverin başçılıq etdiyi və dünya şöhrətli idmançılar Bart Konner, Nadya Komaniç və Vladimir Qribiçin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, dövlətimizin başçısı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunun Azərbaycanda təşkilindən məmnunluğunu ifadə etdi və qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu tədbirin yaxşı imkan yaradacağına ümidvar olduğunu bildirib.

Nümayəndə heyətinin üzvləri ölkəmizdə gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını vurğuladılar və təbriklərini çatdırdılar. Xüsusi Olimpiya Hərəkatının 50 illik tarixə malik olduğunu və dünyanın 172 ölkəsini əhatə etdiyini deyən Timoti Şriver Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunan Forumun Bakıda təşkil edilməsinə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına, o cümlədən Formula-1 və hazırda Bakıda keçirilən cüdo üzrə dünya çempionatına və eləcə də digər mühüm yarışlara ev sahibliyi etməsini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Xüsusi Olimpiya Hərəkatına və Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumuna ölkəmizin verdiyi töhfədən məmnunluğunu bildirdi, Xüsusi Olimpiya Hərəkatının 50 illiyi və əldə olunan nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı bütün dünyanı əhatə edən və özündə 5 milyona yaxın insanı birləşdirən bu hərəkatın əqli və fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunması işinə verdiyi dəstəyin önəmini qeyd etdi və Azərbaycanda bu istiqamətdə mühüm tədbirlərin, o cümlədən bir sıra sosial proqramların həyata keçirildiyini vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Din tiryəkdirmi? 16 İyun 2019, 09:43 İsmayıllıda kafe YANDI 16 İyun 2019, 09:31 Qubada yol qəzası: Bir nəfər ölüb  16 İyun 2019, 09:19 Yüz illərin açılmayan kələfi... - Cümhuriyyət səfirinin FACİƏSİ 16 İyun 2019, 09:10 Bu gün 32 mindən çox şagird buraxılış imtahanı verir   16 İyun 2019, 09:05 İcra başçısı sakinlərin şikayətlərini dinlədi 16 İyun 2019, 09:03 Kanadada yaşayan azərbaycanlılar yeni cəmiyyət yaratdılar - FOTOLAR 16 İyun 2019, 08:56 Sumqayıtın 70 yaşına və ya mənim gənc şəhərim 16 İyun 2019, 08:49 Lotereyada 14.2 milyon uduldu 16 İyun 2019, 01:03 Ukrayna dünya çempionu oldu 16 İyun 2019, 00:47 VII Muğam müsabiqəsi yekunlaşdı: QALİBLƏR 16 İyun 2019, 00:26 İran Britaniya arasında diplomatik qalmaqal 15 İyun 2019, 23:54 25 “Taliban” silahlısı məhv edildi 15 İyun 2019, 23:32 Mikayıl Cabbarov prezident seçildi 15 İyun 2019, 23:13 Trampdan təhdid: Prezident seçilməsəm... 15 İyun 2019, 22:58 “Nə üçün sənin aliment borclarını biz ödəməliyik?” - Murad Köhnəqala 15 İyun 2019, 22:54 Qurban Qurbanovun oğlu “Qarabağ”ın əsas heyətində 15 İyun 2019, 22:39 Dövlət Baxçalıdan Elçibəy ailəsinə başsağlığı 15 İyun 2019, 22:20 Türkiyədə tayfa davası: 6 ölü 15 İyun 2019, 22:02 Fuad Abbasovla bağlı Rusiya ombudsmanına müraciət edildi 15 İyun 2019, 21:48 Slovakiyanın ilk qadın prezidenti and içdi 15 İyun 2019, 21:31 Bakıdan Şarm-əş-Şeyxə birbaşa uçuşlar olacaq 15 İyun 2019, 21:14 Bakı Konqres Mərkəzində məzun gecəsi keçirildi - FOTOLAR 15 İyun 2019, 20:35 Yevlaxda "Jiquli" yük maşını ilə toqquşdu 15 İyun 2019, 20:19 “Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində işlər dayandırılmayacaq” - Tamar Çuqoşvili 15 İyun 2019, 20:03 Qubanın Töhmər kəndində 20 ildən çoxdur "Son zəng" çalınmır - FOTOLAR 15 İyun 2019, 17:41 İcra başçısı xalçaçılarla görüşdü 15 İyun 2019, 17:08 Mehriban Əliyeva: “Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir” 15 İyun 2019, 16:45 Meral Akşener Elçibəyin xanımının vəfatı haqda:Tərifsiz bir üzüntüdür” 15 İyun 2019, 15:59 Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi 15 İyun 2019, 15:08 Folklor İnstitutu işçi axtarır 15 İyun 2019, 14:56 AFFA-nın baş katibinə qarşı sərt İTTİHAMLAR: “Elə bil Şah Abbasın dövründə bu vəzifəyə təyinat alıb” 15 İyun 2019, 14:33 Mədət Quliyev: "Heydər Əliyev Azərbaycanı əsarət altına düşməkdən xilas etdi" 15 İyun 2019, 14:30 Azərbaycanda taxıl biçini haqda ən son MƏLUMAT 15 İyun 2019, 13:54 Zakir Həsənov generalları topladı, müharibə mesajı verdi 15 İyun 2019, 13:46