Modern.az

İbrahim Məmmədov efirə qayıtdı - VİDEO

İbrahim Məmmədov efirə qayıtdı - VİDEO

Media

25 Sentyabr 2018, 18:05

Tanınmış teleaparıcı İbrahim Məmmədov yenidən efirə qayıdır.

Modern.az xəbər verir ki,  bu barədə İ.Məmmədov özünün Facebook səhifəsində məlumat yayıb. Tanınmış aparıcı yeni mövsümdən ARB telekanalında analitik proqramla tamaşaçıların qonağı olacağını deyib:


"Bu axşam saat 23.00-da müəllifi olduğum "Günə baxış" gündəlik analitik proqram efirdədir".

İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedoqoji Universitetdə təhsil alıb

İ.Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb.

2006-cı ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. Eyni zamanda AzTV-də "Həftə" adlı analitik proqramın müəllifi və aparıcı olub.

2012-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilib. 2015-ci ildə AzTV rəhbərliyindən azad edilib və daha sonra isə ARB telekanalında direktorun müavini vəzifəsinə təyin olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı