Modern.az

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır

Gömrük Komitəsi daxili orqanları yoxlamaq üçün avadanlıq alır

25 Sentyabr 2018, 18:32
Dövlət Gömrük Komitəsi "Body Scan" (B-Scan) yoxlama aparatı almağı planlaşdırır. 
 
Modern.az xəbər verir ki, bu sözləri Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, alınan avadanlığın maliyyə dəyəri 150-200 min avro dəyərindədir. Bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq. 
A.Məmmədov qeyd edib ki, avadanlıqların bu ilin sonunadək gətirilməsi nəzərdə tutulub və yeni avadanlıqlar əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində və digər məntəqələrdə yerləşdiriləcək.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi