Modern.az

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü

Aktual

25 Sentyabr 2018, 20:16

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində  Avropa və Avrasiya məsələləri üzrə ABŞ Dövlət Katibinin köməkçisi Ves Miçel ilə görüşüb. Xarici işlər nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə fikir mübadiləsi aparıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir