Modern.az

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

Azərbaycan Monqolustanda investisiya imkanlarını nəzərdən keçirəcək

Aktual

25 Sentyabr 2018, 20:55

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Fonddan Modern.az-a verilən məlumata görə, Ş.Mövsümov ARDNF-nin yaranma tarixi, milli neft strategiyası, Fondun məqsəd və vəzifələri, idarəetmə və büdcə sistemi, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya siyasəti barədə təqdimatla çıxış edib.

Fond sədri həmçinin, maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində ARDNF-nin gördüyü işlər, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsi istiqamətində atılan addımlar barədə məlumat verib.

Prezident İlham Əliyevin dəvəti ilə ölkəyə səfər etdiyini qeyd edən Monqolustan Prezidenti Azərbaycan və Monqolustan arasında mövcud olan əlaqələr barədə məlumat verib. ARDNF barədə təqdimatla tanış olan Prezident X.Battulqa Neft Fondunun neft və qaz gəlirlərinin şəffaf idarə edilməsi istiqamətində mövcud təcrübəsini yüksək qiymətləndirib.

 

Görüşdə mövcud və gələcək investisiya imkanları, əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Monqolustan Prezidenti Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycanın biznes missiyasının cari ilin oktyabr ayında Monqolustana səfərinin nəzərdə tutulduğunu qeyd edib və Monqolustanda mövcud olan investisiya imkanlarının nəzərdən keçirilməsi üçün ARDNF-nin nümayəndə heyətinin də qeyd edilən missiya ilə Monqolustana dəvət edib.

 

ARDNF-nin İcraçı direktoru Monqolustan Prezidentinə dəvət üçün təşəkkürünü bildirib. Ş.Mövsumov ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və Monqolustan Prezidentinin Azərbaycana səfərinin mövcud əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyini qeyd edib.

 

Nümayəndə heyəti Fondun binası və muzeyi ilə tanış olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi