Modern.az

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

Apple "macOS Mojave"ni istifadəçilərə təqdim edib

25 Sentyabr 2018, 21:59

ABŞ texnologiya nəhəngi – “Apple” çoxdan gözlənilən yeni “macOS” versiyasını təqdim edib. Modern.az xəbər verir ki, pulsuz yeniləmə ilə istifadəçilərə təqdim olunan versiya bir çox yenilik təklif edir.

 

 "MacOS Mojave" ilə gələn yeniliklərə əsasən, tünd mod qaranlıq bir otaq və ya təyyarədəki kimi işıq şəraitində işləyərkən məzmunu vurğulayan qaranlıq bir rəng sxemi ilə telefonun iş masasında bir dəyişiklik yaradır. Bu isə gözlərinizin çox yorulmamasına şərait yaradır.

 

Yeni versiya mail, mesajlar, xəritə, təqvim və fotoşəkillər kimi daxili Mac tətbiqlərinə mükəmməl şəkildə inteqrasiya edir.

 

Onu da qeyd edək ki, istifadəçilər  tünd mod rejimini "Sistem Seçənəkləri"dən aktiv edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?