Arxiv
25 Sentyabr 2018, 22:34 | MƏDƏNİYYƏT
Oqtay Şirəliyevin qızı Rusiyada nazir təyin edildi - DOSYE + FOTOLAR  

Moskva vilayətinin yeni mədəniyyət naziri postu Nərmin Oqtay qızı Şirəliyevaya həvalə olunub. Modern.az saytı “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə sentyabrın 25-də Moskva vilayətinin qubernatoru Andrey Vorobyov regional hökumətin iclasında çıxışı zamanı bildirib.
 
Qubernator vilayət hökumətinin tərkibinə daxil olan digər nazir təyinatları barədə də məlumat verib.

Qeyd edək ki, Nərmin Şirəliyevaya Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevinın qızıdır.

Modern.az
saytı N.Şirəliyevanın dosyesini təqdim edir.

N.Şirəliyeva 9 noyabr 1974-cü ildə Bakı şəhərində doğulub. Hələ orta məktəbdə təhsil alarkən valideynlərinin məsləhətilə əvvəlcə balet kursuna, daha sonra musiqi məktəbinə, ardınca bal rəqsinə gedib. O, Bakıda 27 nömrəli ingilisdilli təmayüllü orta məktəbi qızıl medalla bitirəndən sonra, 16 yaşında Moskvaya gedib. 1991-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq jurnalistika fakültəsinə daxil olub. Jurnalistikanın kulturologiya istiqamətini seçən Nərmin xanım ingilis və fransız  dillərində sərbəst danışır.

1995-ci ildə İTAR-TASS agentliyində müxbir qismində praktika keçən N.Şirəliyeva, 1996-cı ildə MDBMİ-ni bitirib və "Kultura" qəzetində beynəlxalq icmalçı kimi əmək fəaliyyətinə başlayıb.
"Kultura" ilə yanaşı, o, Moskvada nəşr olunan digər populyar qəzet və jurnallarda da icmallar, esselər, tanınmış mədəniyyət xadimləri ilə müsahibələr dərc etdirib. 

Bundan sonra N.Şirəliyevanın yolu televiziya sahəsinə yönəlib. Belə ki, o, 1998-ci ildə Rusiyanın dövlət telekanalı olan “Kultura”da informasiya xidmətinin müxbiri vəzifəsində jurnalistlik peşəsinə davam edib. 
Azərbaycanlı nazirin qızı 2001-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aspiranturasına daxil olub, 2004-cü ildə isə "Rusiya və Fransanın mədəni əlaqələri" mövzusunda namizədlik dissertasiyası  müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

2003-ci ilin fevralından N.Şirəliyeva “Kultura” telekanalında "Mədəniyyət yenilikləri" proqramının “Xudsovet” adlı xüsusi rubrikasının aparıcısı təyin olunub. 2008-ci ildən isə "Mədəniyyət yenilikləri" verilişinin axşam buraxılışının da daimi aparıcısı olub.


Nərmin Şirəliyeva 1997-ci ildə Rusiyanın tanınmış simalarından biri, məşhur televiziya və kino rejissoru, sseranist Yevgeni Aleksanrdoviç Qinsburqla ailə həyatı qurub. Onlar rəsmi nikaha girəndə Nərgiz xanım Yevgenidən 29 yaş kiçik olub. Bu, Y.Qinsburqun ikinci evliliyi idi. 1999-cu il fevralın 10-da ailədə oğlan uşağı dünyaya gəlib və ona Aleksandr adı verilib. Buna qədər Yevgeni Qinsburqun birinci evliliyindən 3 qızı dünyaya gəlmişdi.
Amma məşhur kinorejissorun azərbaycanlı xanımla xoşbəxt evliliyi uzun sürməyib və cəmi 14 il çəkib. 2012-ci il yanvarın 15-də 66 yaşlı Yevgeni Qinsburq insultdan vəfat edib. Dəfndə bir çox tanınmış simalarla yanaşı, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. 


Oğlu Aleksandrı həyatının mənası hesab edən Nərmin Şirəliyeva onunla nəfəs aldığını vurğulayır. O, Bakıya çox bağlı olduğunu, atası, bacıları və qardaşının (Nərmin  Şirəliyevanın anası 20 il əvvəl vəfat edib-A.Q.) yaşadığı doğma şəhərlə fəxr etdiyini, Xəzər dənizini çox sevdiyini deyir.

Nərmin Şirəliyeva bu yaxınlaradək “Kultura” telekanalında şef-redaktor, icmalçı, "Mədəniyyət yenilikləri" proqramının aparıcısı, Rusiya Dövlət Filarmoniyasında təşkil olunan konsertlərin aparıcısı vəzifələrində çalışırdı, Moskvanın aparıcı KİV-lərində köşə yazarı kimi çıxış edir.

Azərbaycanlı nazirin qızı Rusiyada göstərdiyi xidmətlərə görə bir sıra mükafatlara layiq görülüb. O, mədəniyyət sahəsində tədbirləri ən yaxşı işıqlandıran və şərh edən peşəkar televiziya jurnalisti kimi Moskva şəhər meriyasının laureatı adına layiq görülüb, "Qızıl lira" mükafatı ilə təltif olunub və bir sıra qiymətli hədiyyələrə sahiblənib.

Nərmin Şirəliyeva 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür. Yeri gəlmişkən, Nərmin xanım 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. 
O, həm də “Əlaçılar” Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.
 
Rusiyada ictimai-siyasi və mədəniyyət sahəsində aktiv fəaliyyətilə seçilən Nərmin Şirəliyeva 2012-ci ilin sentyabrından Moskva vilayəti İctimai Palatasının üzvü, mədəniyyət və xeyriyyəçilik üzrə beynəlxalq komissiya qrupunun rəhbəri idi. 2013-cü ilin fevralından isə Moskva vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müşaviri postunu da tuturdu. 

Onun təşəbbüsü ilə Moskva vilayətində bir sıra iri mədəniyyət layihələri, xüsusən “Moskvaətrafında ilin fəsilləri”, Rusiyanın kiçik şəhərlərinin teatrlarının festivalı, “Çaykovski ilə Moskvaətrafı gecələri” festivalı, “İlk tamaşaçı”, “Paytaxt teatrlarının Moskfaətrafı afişası”, “Yeni Qüdsdə rus baleti”, “Masa festivalı” və digər aksiyalar keçirilib.









A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25