Modern.az

Azərbaycanlı rəssam Türkiyədə faciəli şəkildə ölüb

Azərbaycanlı rəssam Türkiyədə faciəli şəkildə ölüb

Təhsil

13 Oktyabr 2011, 12:22

Azərbaycanın tanınmış rəssamlarından olan Soltan Qara dünyasını dəyişib. Modern.az saytının məlumatına görə, rəssamın yaxınları bildiriblər ki, mərhum oktyabrın 12-də Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən faciəli şəkildə ölüb.
Bu gün, 13 oktyabrda, Ankaradan Azərbaycan Hava Yollarına məxsus təyyarə ilə Bakıya gətirilən mərhum Soltan Qara Əmircən qəsəbəsində dəfn ediləcək.

Türkiyə mediasının yaydığı məlumata görə, Soltan Qara Konya şəhərində dostunun iş yerində ölüb. Belə ki, S.Qara dostu ilə birlikdə onun iş yerinin damına qalxıb, məqsəd damın zədələnən hissəsinin təmirinə kömək etmək olub. Güclü yağış və külək əsdiyi bir vaxtda azərbaycanlı rəssamın ayağı sürüşüb və o, hündürlükdən yıxılıb.
Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Soltan Qara 1962-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1986-cı ildən sərgilərin iştirakçısıdır. 1988-ci ildən Bakı İncəsənət Mərkəzinin üzvüdür. 1990-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2000-ci ildən sonra bir müddət ABŞ-da yaşayıb, işləyib.

Son dövrlərdə Bakıda bir sıra dekorativ kompozisiyalar yaratmışdı. 3 övladı qalıb.

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir