Modern.az

Parlamentdə dava: deputatlar bir-birlərinə "şərəfsiz" dedilər

Parlamentdə dava: deputatlar bir-birlərinə "şərəfsiz" dedilər

13 Oktyabr 2011, 13:22

Türkiyə Böyük Millət Məclisində millət vəkilləri arasında dava düşüb. Modern.az saytının “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, davaya Türkiyə ilə İran arasında Kapıköy və Razi Qara sərhəd qapılarının birgə istifadəsinə dair razılaşma sənədinin müzakirəsi səbəb olub. Millət vəkilləri bir-birlərini “terrorist” və “şərəfsiz” sözləri ilə ittiham ediblər.

BDP-dən olan şırnaklı kürd millət vəkili Hasip Kaplanın “şırnaklılar adına deyirəm, özünüzə gəlin. Bura müharibə üçün gəlməmişik. Ağlınızı başınıza yığın, əgər onlar teroristdirlərsə, mən də terosistəm” sözləri narazılığıa səbəb olub.
Hakim AKP üzvləri ona “zatən terroristsən” deyə cavab veriblər. AKP-dən olan millət vəkili İsmət Ucmanın Kaplana yönəlik “düşmənlik edirsiniz” sözlərinə kürd deputat “şərəfsizlik etməyin” deyə cavab verib.
Mübahisəyə enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da müdaxilə etməli olub, O, Hasip Kaplanı kənara çəkərə bir müddət onunla söhbət edərək sakitləşdirib.

Modern.az  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?