Modern.az

Bolton İranı sərt hədələdi

Bolton İranı sərt hədələdi

26 Sentyabr 2018, 15:21

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton BMT Baş Assambleyasının 73-cü qurultayında çıxışı zamanı İrana sərt mesaj verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Bolton İrana “sizi izləyirik və arxanızca gələcəyik” ifadəsini işlədib.

O, İranın ABŞ-a problem yaradacağı təqdirdə qiyamət qopacağını bəyan edib.

 

“İrandakı mollaların qanlı rejimi yalana, aldatmağa və hiyləyə davam etsə nəticəsi ağır olacaq. Əgər bizə. müttəfiqlərimizə və partiyamıza problem yaradarsanız, açığı qiyamət qopacaq. Açıq bir mesaj verirəm: sizi izləyirik, arxanızca gələcəyik” – Bolton bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da çıxışı zamanı İranın dünyada terrorizmin əsas sponsoru olduğunu ifadə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir