Modern.az

Azərbaycanda hamı o sürücünü axtarır - FOTO  

Azərbaycanda hamı o sürücünü axtarır - FOTO   

Aktual

26 Sentyabr 2018, 15:32

Dünəndən sosial şəbəkələrdə bir avtobus sürücüsünün təqdirəlayiq adımını əks elətdirən fotoşəkil paylaşılır. Belə ki, gediş haqqının 30 qəpiyə qalxdığı bir zamanda həmin sürücü məktəblilər üçün maraqlı kampaniya başladıb. Sürücü avtobusun salonuna “5 alan şagirdlərə gediş haqqı pulsuzdur” elanı asıb.

Modern.az xəbər verir ki, bu addım müsbət qarşılansa da, həmin sürücünün kimliyi, hansı marşrut xəttində fəaliyyət göstərməsi haqqında məlumat yoxdur. Aidiyyəti qurumlar, o cümlədən, Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) sözügedən sürücünün kimliyini müəyyən etmək üçün axtarışa başlayıb.

BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev sosial şəbəkələrdə yayılan fotoda marşrut xəttinin nömrəsinin, avtobusun dövlət qeydiyyat nişanının görünmədiyini xatırladıb. Mais Ağayev sözügedən marşrutun Bakıda və Sumqayıtda deyil, regionlarda fəaliyyət göstərdiyini düşünür.

DANX-ın mətbuat katibi Nuridə Allahyarova da həmin sürücünü axtardıqlarını söyləyib. O qeyd edib ki, Bakı və Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda bu elana rast gəlinməyib:

“Çox güman ki,  bu, rayonlararası marşrut xətlərindən birinin avtobusudur. Sürücünün kimliyi bəlli olduqda ictimaiyyətə məlumat veriləcək”.



Aysel Aslan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır