Modern.az

Səfirliyin ərazisində qumarxana fəaliyyət göstərib?

Səfirliyin ərazisində qumarxana fəaliyyət göstərib?

Dünya

26 Sentyabr 2018, 16:10

Şimali Koreyanın Moskvadakı səfirliyindən qanunsuz qumarxana barədə informasiya təkzib edilib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, səfirlik binasında yerləşən qanunsuz qumarxana barədə ilk dəfə eşitdiyini bildirib.

 

“Biz KİV-də yayılan bu informasiyanı qəti şəkildə təkzib edirik. Bu barədə ilk dəfədir ki, eşidirik” – səfirlikdən bildirilib.

Sentyabrın 19-da “Ria Novosti” agentliyinin Moskvadakı hüquq mühafizə orqanlarındakı mənbəyindən paytaxtda bağladılmış qanunsuz qumarxanalardan birinin də KXDR-in səfirliyinin binasında yerləşdiyi bildirilib.

 

Bu informasiyanı TASS agentliyinin də hüquq mühafizə orqanlarındakı mənbəyi də həmin informasiyanı təsdiq edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü