Modern.az

Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Putinin Azərbaycana səfər proqramı AÇIQLANDI

Aktual

26 Sentyabr 2018, 16:21

Sentyabrın 27-si səhər saatlarında Rusiya prezidenti Vladimir Putin Bakıya gələcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, Putin Bakıda Rusiya - Azərbaycan regionlararası forumda iştirak edəcək. Peskovun sözlərinə görə, dövlət başçıları Vladimir Putin və İlham Əliyev region rəhbərləri ilə görüşəcək və onların qarşısında çıxış edəcəklər.

Həmçinin söyləyib ki, bundan əvvəl Rusiya prezidenti Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bəzi görüşlərini izləyəcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir