Arxiv
26 Sentyabr 2018, 16:23 | AKTUAL
ADU-da italyan dilində “Xilaskar Ömrü” sənədli filmi nümayiş olundu

Azərbaycan Dillər Universitetində (ADU) universitetin italyan mərkəzinin və Neapol-Bakı Assosiasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən “Xilaskar Ömrü” sənədli filminin təqdimat mərasimi keçirilib.

Modern.az xəbər verir ki, rejissor Tahir Əliyevin dahi şəxsiyyətin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ərsəyə gətirdiyi film Neapol-Bakı Assosiasiyasının və “Azərkitab” Kitab təbliğatı mərkəzinin birgə dəstəyi ilə italyan dilinə dublyaj olunub.

Tədbirdə italyan dilində təhsil alan tələbələrlə yanaşı, İtaliyanın Azərbaycandakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə ADU-nin italyan mərkəzinin rəhbəri Nərgiz Cəfərova açaraq Neapol-Bakı Assosiasiyası ilə təmsil etdiyi universitetin səmərəli əməkdaşlığından danışıb.

Assosiasiyanın vitse-prezidenti Elnur Camalxanov Ulu Öndərin 1997-ci ilin 25-27 sentyabr tarixlərində İtaliyaya ilk rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi münasibətlərin təməlinin qoyulduğunu bildirib. Tədbirin məhz 25 sentyabrda keçirilməsini də bu tarixin iki ölkə arasında xüsusi əhəmiyyətə malik olması ilə əlaqələndirən E.Camalxanov, həmçinin bu il Azərbaycan ilk müstəqilliyini qazandıqdan sonra Avropaya təhsil almağa göndərilən 100 nəfərdən ibarət tələbə heyətinin də 100 yaşı olduğunu diqqətə çatdırıb. E.Camalxanov o zamanlar da öz dost münasibətini əsirgəməyən İtaliya dövlətinin digər ölkələrə viza alınmasında tələbələrimizə yaxından dəstək olduğunu, onların Fransa, İsveçrə və Almaniyaya yola salınmasında köməklik göstərdiyini deyib.

Filmin nümayişindən sonra Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqlia Azərbaycana səfərindən məmnunluq duyduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın bundan sonra da iki ölkənin iqtisadi, mədəni və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərəcəyini xüsusi vurğulayıb.

C.Kaniqlia Assosiasiyanın dostluq medalını və Neapolun keçmişini və indisini özündə ehtiva edən şəkillərdən ibarət kitabı Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradova çatdırması üçün komitənin əməkdaşı Elvin Əsgərova təqdim edib. Səfir Auqusto Massariyə hədiyyə olunan italyan dilində “Azərbaycan” kitabı isə səfirliyin əməkdaşına verilib. İtalyan mərkəzinin kitabxanasının bədii ədəbiyyatla zənginləşdirilməsi məqsədi ilə Cüzeppe Kaniliyanın İtaliyadan gətirdiyi bir sıra kitablar mərkəzin rəhbəri Nərgiz Cəfərovaya təqdim olunub.

Yekunda DİDK-nin əməkdaşı Elvin Əsgərov da tələbələrə gələcək işlərində və diaspor fəaliyyətlərində uğurlar arzulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10 Türkiyədə 8 terrorçu məhv edildi 16 İyun 2019, 13:42 Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb   16 İyun 2019, 13:13 Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? - DOSYE 16 İyun 2019, 13:01 Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU 16 İyun 2019, 12:15 Bərdədə ev avtomobillə birlikdə yandı 16 İyun 2019, 11:54