Modern.az

Dağıstanın keçmiş rəhbərinin qardaşı tutuldu

Dağıstanın keçmiş rəhbərinin qardaşı tutuldu

Dünya

26 Sentyabr 2018, 17:16

Dağıstanın keçmiş rəhbəri Ramzan Abdultipovun qardaşı deputat Rəcəb Abdulatipov xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

 

Modern.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, hazırda onun ofisində axtarış tədbirləri həyata keçirilir.

“Rəcəb Abdulatipov bu gün saxlanılıb və sorğu üçün Federal Təhlükəsizlik Xidmətinin ofisinə aparılıb. İlkin məlumata görə o, vəzifə səlahiyyətlərinin aşılmasında şübhəli bilinir” – agentliyin mənbəsindən bildirilib.

 

Xatırladaq ki, Rəcəb Abdulatipov təhsil, elm və mədəniyyət komitəsinin sədridir.

Qeyd edək ki, agentlik informasiyanın rəsmi orqanlardan təsdiqini ala bilməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır