Modern.az

Putin Ermənistana səfərini təxirə saldı

Putin Ermənistana səfərini təxirə saldı

26 Sentyabr 2018, 17:52

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri barədə rəsmi Moskvadan açıqlama gəlib.

 

Modern.az “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, Putinin köməkçisi Yuri Uşakov Rusiya prezidentinin Ermənistana bu il gəlməsinin gözlənilmədiyini bildirib.

 

Onun sözlərinə görə bu səfər üçün 2019-cu ilə köklənmək yaxşı olardı.

“Həqiqətən də bizim prezidentimizin Ermənistana səfəri müzakirə olunub amma konkret tarixi haqda hələ ki, müzakirələr aparılmır” – Uşakov bildirib.

 

Qeyd edək ki, Ermənistan mətbuatında Rusiya prezidenti Vladimir Putinin sentyabrda Ermənistana səfər edəcəyi barədə xəbər yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir