Modern.az

“Azərkosmos”la Fransa Kosmik Tədqiqatlar Mərkəzi arasında saziş təsdiqləndi

“Azərkosmos”la Fransa Kosmik Tədqiqatlar Mərkəzi arasında saziş təsdiqləndi

Aktual

26 Sentyabr 2018, 18:36

Prezident İlham Əliyev Azərbaycan Respublikasının “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində imzalanmış Çərçivə Sazişinin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 

Çərçivə Sazişi qüvvəyə mindikdən sonra “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

 

Xarici İşlər Nazirliyinə Çərçivə Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzinə bildiriş göndərmək tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi