Modern.az

Səfər Əbiyev: "Ermənistanla aparılan danışıqlarda konkret nəticə yoxdur"

Səfər Əbiyev: "Ermənistanla aparılan danışıqlarda konkret nəticə yoxdur"

Təhsil

13 Oktyabr 2011, 14:29

Oktyabrın 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin görüşü olub.

Qonaq Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanda Azərbaycan və Türk şəhidliyini ziyarət edib. Türkiyəli nazirin Azərbaycan Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himni səslənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, geniştərkibli görüşdə nazir Səfər Əbiyev İsmət Yılmazı milli müdafiə naziri təyin edilməsi münasibəti ilə təbrik edib və ona bu işində uğurlar arzulayıb. Nazirlər iki ölkə arasında mövcud hərbi əməkdaşlıq əlaqələrinin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ətraflı fikir mübadiləsi aparıblar. Ermənistan-Azərbaycan Dağlıq Qarbabağ konfliktinin həllinə toxunan nazirlər Azərbaycanın ərazi bütövlüyünün bərpasını, işğalçı Ermənistanın tez bir zamanda torpaqlarımızdan geri çəkilməsinin vaxtının çatdığını xüsusi qeyd ediblər.

Nazir Səfər Əbiyev bildirib ki, problemin sülh şəraitində həlli üçün danışıqlar getsə də, hələlik konkret nəticə yoxdur və Ermənistan öz təcavüzkarlığını davam etdirir. Onun fikrincə, belə bir vəziyyətdə Silahlı Qüvvələrmizdə ciddi hazırlıq işlərinin aparılmasından özgə yol qalmır.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılınc da iştirak edib.  



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır