Modern.az

Deputat Əsabil Qasımov: “Heç vaxt Müdafiə Nazirliyilə işbirliyimiz olmayıb”

Deputat Əsabil Qasımov: “Heç vaxt Müdafiə Nazirliyilə işbirliyimiz olmayıb”

Təhsil

13 Oktyabr 2011, 15:18

Mətbuatda Müdafiə Nazirliyinin (MN) Əzaq Təchizatı İdarəsi ilə un istehsal edən “Karat” firması arasında əməkdaşlıq barədə məlumat yayılıb. Bu məlumatda bildirilib ki, MN-in Əzaq Təchizatı İdarəsini unla təmin edən «Karat» firması onu Rusiyadan alır. Qeyd edilir ki, millət vəkili Əsabil Qasımova məxsus olan firmanın Rusiyadan alıb gətirdiyi və Müdafiə Nazirliyinə satdığı keyfiyyətsiz undan bişirilən çörək əsgərlərə verilir. Bununla əlaqədar həm MN-in Əzaq Təchizatı İdarəsində, həm də «Karat» firmasında yoxlamalar aparıldığı vurğulanıb.

Modern.az saytının əməkdaşı bu məsələylə bağlı 79 saylı İmişli seçki dairəsindən millət vəkili, “KARAT-HOLDİNQ” sabiq prezidenti Əsabil Qasımovla əlaqə saxlamağa çalışıb.
Deputatın bu məsələyə cavabı qısa olub. Deyib ki, “KARAT-HOLDİNQ”in fəaliyyəti dövründə heç vaxt Müdafiə Nazirliyi ilə işbirliyi olmayıb: “Bizim firma heç vaxt Müdafiə Nazirliyinin Əzaq Təchizatı İdarəsini unla təmin etməyib. Belə bir müqaviləmiz də olmayıb. Bununla bağlı yayılan xəbərlər şayiələrdir”.

Deputat “Karat» firmasında hansısa yoxlamaların aparıldığını da təkzib edib.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir