Modern.az

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - 3 saatın sonundakı RAZILAŞMA

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - 3 saatın sonundakı RAZILAŞMA

Qarabağ

27 Sentyabr 2018, 07:54

BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub.


Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşün yekunlarını şərh edən Elmar Məmmədyarov bildirib:

"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Bu münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi oldu. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar