Arxiv
27 Sentyabr 2018, 09:29 | MƏDƏNİYYƏT
AQTA maarifləndirir - Balıq alarkən bunlara DİQQƏT EDİN!

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Modern.az saytının birgə layihəsi olan “AQTA maarifləndirir” rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Balıq alarkən bunlara diqqət etmək vacibdir” adlanır.

Balıq alarkən və istifadə edərkən diqqətli olmalı, onun keyfiyyətinə, saxlanılma şəraitinə və istifadə müddətinə xüsusi önəm verilməlidir. 

-        Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq olmalı, az miqdarda şəffaf selik ilə örtülməlidir. Eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olmalı, quyruğu sallanmamalıdır. Köhnə balıq əti isə yumşaq təbəqəyə malik olur;

-        Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, köhnə balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur;

-        Balığı dik saxlayaraq duruşuna da fikir vermək lazımdır. Təzə balığın quyruq hissəsi dik, köhnə balıqda isə sallaq olur;

-        Təzə balığın qanı açıq qırmızı rəngli və iysiz , köhnə balıqda isə qaraya çalan rəngdə və pis qoxulu olur.

-        Balığın gözlərindən də ətin təzə olmasını ayırd etmək mümkündür. Təzə balığın gözü aydın, şəffaf, dolu və göz bəbəyi parlaq, köhnə balığın gözləri isə çökük, göz bəbəyi mat olur;

-      Təzə balığın qəlsəməsi tünd qırmızıya, köhnə balıqda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır.

-        Yoxlamaq üçün əlinizi balığın üzərində gəzdirin, pullar əlinizə gəlir, lakin tökülmürsə, deməli balıq təzədir.

-      Təzə balıqda qəlsəmələrin üzərindəki selik qat şəffaf və rəngsiz olur, köhnə balıqda isə selik şəffaflığını itirərək ağ, sarı, boz və s. rənglərə çevrilə bilər;  

-        Balıq digər qidalarla eyni yerdə saxlanılmamalıdır. Satış ərazilərində balıqların günəş görməyən və gigiyenik mühitdə, təmiz üsullarla, üzəri buzla örtülü olaraq qorunması önəmlidir.

-        Təzə balıqların orqanları dağılmamış, əzələləri möhkəm və gərgin, köhnə balıqların orqanları isə bulanıq rəngdə və asanlıqla bir-birindən ayrıla bilən vəziyyətdə olur.

Balıq istehlak edilərkən taxta dəzgah yerinə düz, plastik materiallar işlədilməli və istifadə etdikdən sonra mütləq şəkildə isti su ilə təmizlənməlidir. Həmin materiallar çiy istehlak ediləcək məhsullarla təmasda olmamalıdır. Balıq məhsullarının qida təhlükəsizliyi göstəricilərinə uyğunluğunu və xüsusiyyətlərini qorumaq üçün soyuq və gigiyenik mühitdə saxlanılması vacibdir. Əgər mühit gigiyenikdirsə, bakteriya yoluxması ehtimalı da azalar. Balıqlar dondurucuda saxlanmalıdır.

Bişmiş balıq olduqca tez bir zamanda istehlak edilməlidir. Ona görə də çalışın balığı istehlak edə biləcəyiniz miqdarda bişirin. Artıq qalan balıq isə bişirilmədən dondurulma, duzlama, konserva və qurutma üsulları ilə saxlanıla bilər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fırtına Azərbaycanın qərb bölgəsinə ziyan vurdu 20 May 2019, 00:39 Azərbaycanlı qazilər Ərdoğanla görüşdü - FOTO 20 May 2019, 00:29 “Tiflisdə seçkilər ikinci tura qalacaq” – Baş nazir 20 May 2019, 00:13 “OPEC plus” öhdəlikləri 168 faiz yerinə yetirib 19 May 2019, 23:59 ABŞ səfirliyi yaxınlığında partlayış 19 May 2019, 23:37 “Qalatasaray”dan növbəti çempionluq 19 May 2019, 22:53 “Qəbələ” kuboku Tale Heydərova həsr edib 19 May 2019, 22:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 19 May 2019, 22:01 Üç ay öncə itkin düşən şəxsin meyiti İran sərhəddində tapıldı 19 May 2019, 21:39 Saakaşvilidən tərəfdarlarına hücum əmri 19 May 2019, 21:22 DYP-dən sürücülərə: Elektrik qatarlarından istifadə edin 19 May 2019, 21:04 Misirdə güclü partlayış 19 May 2019, 20:43 Azərbaycanın ən güclü qadını - FOTO 19 May 2019, 20:27 Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI 19 May 2019, 20:08 “Şəmistan Əlizamanlı ən yüksək dövlət mükafatlarına layiqdir” - Aqil Abbas 19 May 2019, 18:22 Gəncədə gənc oğlan itkin düşüb - FOTO 19 May 2019, 18:10 II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının düzgün CAVABLARI 19 May 2019, 17:51 Alimpaşa Məmmədov Dilqəm Əsgərovun oğluna kişi sözü verdi - FOTOLAR   19 May 2019, 17:33 Şəki sakini Balakəndə narkotik maddə dolu çanta ilə saxlanıldı 19 May 2019, 16:40 Azərbaycanlı gənclərin Roma forumu keçirilib   19 May 2019, 16:02 Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB   19 May 2019, 15:35 Marneulidə seçici fəallığı 14%-ə çatıb 19 May 2019, 14:59 Ukrayna Azərbaycanlıları Radası ölkə ictimaiyyətinə müraciət etdi – “Təxribatlara uymayın” 19 May 2019, 14:04 V Respublika fənn müsabiqələrinin ilk mərhələsi keçirilib   19 May 2019, 13:37 İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib   19 May 2019, 13:28 Sabahın HAVASI: Dolu düşmə ehtimalı var 19 May 2019, 12:54 Şamaxıda “Mercedes”aşdı - Yaralılar var 19 May 2019, 12:33 Gözlər yoldan yığılarmı... - XVII YAZI 19 May 2019, 12:15 Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM: “Hansı qayğıdan danışırsınız?!”   19 May 2019, 11:51 Deputat Vahid Əhmədova ağır İTKİ 19 May 2019, 11:44 Bakıda ticarət mərkəzində yanğın olub 19 May 2019, 11:13 Hondurasda təyyarə qəzası: 6 ölü 19 May 2019, 11:02 Adı özündən çox yaşayacaq şair… 19 May 2019, 10:57 Məhşur rejissor: “İlk işim tualet təmizləmək oldu” - MÜSAHİBƏ 19 May 2019, 10:49 Gürcüstanda seçkilər keçirilir 19 May 2019, 10:41