Modern.az

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

13 Oktyabr 2011, 15:34

Prezident İlham Əliyev oktyabrın 13-də Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Modern.az prezidentin rəsmi saytına istinadən bildirir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı prezidentlərin və baş nazirlərin ilk rəsmi səfərlərini qardaş ölkəyə etdiklərini vurğulayaraq bu ənənənin nazirlər səviyyəsində də davam etməsindən məmnunluğunu bildirib.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, xüsusilə də müdafiə sahəsində uğurla inkişaf etdiyini qeyd edib. Dövlət başçısı Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmazın Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini vurğulayıb. 

Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz Prezident Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə və Azərbaycan xalqına salamlarını və ehtiramını çatdırıb. İsmet Yılmaz nazir təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu bildirib. Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” kəlamına toxunan türkiyəli nazir bunun artıq bütün dünyada qəbul olunduğunu vurğulayıb. 

Dövlət başçısı Türkiyə Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını qardaş ölkənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır