Modern.az

Əhalinin nəzərinə: "Azərsu" "qaynar xətt"in nömrəsini dəyişdi

Əhalinin nəzərinə: "Azərsu" "qaynar xətt"in nömrəsini dəyişdi

Ölkə

13 Oktyabr 2011, 16:41


“Azərsu” Acıq Səhmdar Cəmiyyəti  tərəfindən “Qaynar xətt” xidmətində istifadə olunan 961 nömrəsi oktyabrın 12-dən 955 nömrəsi ilə əvəz edilib. Bu barədə Modern.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanununa, “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na, ölkədə nömrələnmə planına uyğun olaraq 961 nömrəsi “Azərsu” ASC-nin müraciəti əsasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən geri alınıb və əvəzində yeni 955 nömrəsi ayrılıb.
Bundan sonra Bakı şəhərinin və Abşeron rayonunun sabit telefon şəbəkəsi abunəçiləri 955, bölgələrdəki sabit telefon abunəçiləri, eləcə də mobil telefon istifadəçiləri 012955 nömrəsini yığaraq “Qaynar xətt” xidmətindən istifadə edə bilərlər.
“Azərsu” ASC əhalidən xahiş edir ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla rastlaşdıqda dərhal 24 saat işləyən 955  nömrəsinə zəng edib “Qaynar xətt”ə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür və araşdırılır.


Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir