Modern.az

Türkiyə millisinin "pley-off"dakı rəqibi bəlli oldu

Türkiyə millisinin "pley-off"dakı rəqibi bəlli oldu

Təhsil

13 Oktyabr 2011, 16:48

Bu gün gün Avro-2012-nin “pley-off” mərhələsinin püşkü atılıb. Modern.az-ın məlumatına görə, püşkatma mərasimi Polşanın Krakov şəhərində keçirilib.

Azərbaycan futbolsevərləri həyəcanla Türkiyə yığmasının "pley-off"dakı rəqibini gəzləyirdi. Qardaş ölkənin komandası həlledici mərhələdə Xorvatiya ilə qarşılaşacaq.  

Qeyd edək ki, bu komandalar AÇ-2008-nin 1/4 final mərhələsində də üz-üzə gəlmişdilər. Həmin matçın əlavə hissəsində hərəyə bir dəfə fərqlənən komandaların duelində qalib oyundan sonra təyin olunan penalti zərbələrində müəyyənləşmişdi. Türkiyə millisi bu seriyada daha dəqiq oynayaraq Avropa Çempionatının yarımfinalına vəsiqə qazanmışdı. 

“Pley-off” mərhələsinin ilk oyunları 11-12 noyabr, cavab qarşılaşmaları 15-16 noyabrda keçiriləcək.

AÇ-2012-nin "play-off" mərhələsi 

Türkiyə - Xorvatiya
Estoniya - İrlandiya
Çexiya - Çernoqoriya
Bosniya- Hersoqovina - Portuqaliya

Almaniya, Rusiya, İsveç, İtaliya, Fransa, Hollandiya, Yunanıstan, İngiltərə, Danimarka, İspaniya artıq final mərhələsinə çıxıblar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu