Modern.az

Qazaxıstanda azərbaycanlı Talıb İbrahimov əlli-ayaqlı yoxa çıxıb

Qazaxıstanda azərbaycanlı Talıb İbrahimov  əlli-ayaqlı yoxa çıxıb

Təhsil

13 Oktyabr 2011, 18:22

“İbrahimov Talıb 2011-ci ilin yanvar ayında maşın satmaq adı ilə Qazaxıstan Respublikasına gedib və geri qayıtmayıb”.

Bu barədə Modern.az saytına itgin düşən Talıb İbrahimovun Bakıda qeydiyyatda olan qardaşı Mehman İbrahimov məlumat verib. Onun sözlərinə görə, tanışları olan Qazaxıstan vətəndaşları Yelcan və Sərxan Aklibekov qardaşları ötən ilin noyabr ayında Azərbaycana gəliblər. Onlar burdan Gürcüstanın Rustavi şəhərinə maşın almağa gediblər. 

Yelcan və Sərxan Aklibekov qardaşları Qazaxıstana qayıtdıqdan sonra zəng edib Talıb İbrahimova deyiblər ki, “sənin üçün də etibarnamə gətirək, sən də maşın alıb Qazaxıstanda sat”.
Talıb  razılıq verdikdən sonra Sərxan və Yelcan qardaşları bu il yanvar ayının 24-də Bakıya gəlirlər, aeroportda Talıb İbrahimov onları qarşılayıb. Elə həmin gün Talıb İbrahimov Yelcan və Sərxan qardaşları ilə birgə Gürcüstanın Rüstavi şəhərinə gedir. Qardaşlar özləri üçün bir, Talıb da özü üçün bir maşın alır. Həmin gün gəmi vasitəsilə Qazaxıstana yola düşürlər.

T.İbrahimov Qazaxıstana çatanda Bakıdakı qardaşı Mehmanla əlaqə saxlayaraq Yelcanın evində qaldığını, vəziyyətinin yaxşı olduğunu  xəbər verib.

T.İbrahimov yanvarın 18-də qardaşına zəng edərək 100 dolar pul göndərməsini istəyib. Ona pul göndərilib. Sonra qardaşı ilə əlaqə saxlayaraq pulu aldığını xəbər verib. Qardaşı ilə danışdıqdan sonra T.İbrahimov anası ilə əlaqə saxlayaraq deyib ki, maşını dəyər-dəyməz qiymətə satcaq, gəlib onu həkimə aparacaq. 

Mehman İbrahimov yanvarın 19-da qardaşına zəng edərək maşını satıb-satmadığını xəbər almaq istəyib. Amma qardaşı ilə əlaqə saxlaya bilməyib, eləcə də Yelcanla da əlaqə yaratmaq mümkün olmayıb.

M.İbrahimov narahat olaraq Yelcanın qardaşı Sərxana zəng edərək qardaşının yerini soruşub. Sərxan cavabında bildirib ki, o hüzr yerindədir. Deyib ki, ola bilsin Talıb və Yelcan bazardan yorğun qayıdıblar, telefonlarını söndürərək evdə dincəlirlər.

Mehman İbrahimov bu zəngdən sonra bir qədər sakitləşib. Ertəsi gün səhər saat 9-da isə Yelcan Mehmana zəng edərək bildirib ki, Talıb dünən axşam saat 7 radələrində siqaret çəkmək adı ilə evdən çıxıb və geri qayıtmayıb. Mehman Sərxana zəng edərək məsələni dəqiqləşdirmək istəyib. Sərxan polisə müraciət etdiklərini deyib.

Mehman İbrahimov qardaşını axtarmaq üçün yanvarın 21-i Almatı şəhərinə gedib. Burada qohumu Rüstəmov Kərim onu qarşılayıb. Onlar polis bölməsinə ərizə ilə müraciət etdikdən sonra qardaşı Talıb barəsində itgin düşmüş şəxs kimi iş açılıb.

Ancaq nəticə olmayıb. M.İbrahimov daha sonra prokurorluqdan xahiş edib, Qazaxıstanda Azərbaycan səfirliyinə müraciət edib, Qazaxıstan Prezident Administrasiyasına şikayət edib, nəhayət  ölüm haqqında iş qaldırılıb.

İşə düz baxılmadığından cinayətin üstünün açılmadığını deyən M.İbrahimov 5 ay Qazaxıstanda qalaraq qardaşını axtarıb, ancaq tapa  bilməyib.
Almatı şəhərinin Tursuzki rayonunun polis rəisi Mehman İbrahimovu əmin edib ki, qardaşı sağdır və Talıbı tapıb ona telefon açacaqlar.

M.İbrahimov qardaşının itkin düşməsinin mafioz qruplar tərəfindən təşkil olunduğunu deyir.
“Yelcana və Talıba yandarın 19-da zəng etmişəm. Hər ikisinin də telefonu söndürülmüşdü, çünki mən orada olanda telofona gələn zəglərin çıxarışı iki dəfə çıxarıldı. Yelcanın telefonunun işlək vəziyyətdə olduğu bildirildi. Hüquq-mühafizə orqanlarına etirazımı bildirdim ki, Yelcanın telefonu  işlək vəziyyətdə olubsa, nə yaxşı ona zəng çatmayıb. Onlar cavabında dedilər ki, verilən siyahı budur”.

M.İbrahimov qardaşının tapılması üçün Azərbaycan Xariçi İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Respublika Prokrorluğuna, Milli Təhlükəsizlik Nazirliyinə, Prezident Adminstrasiyasına müraciət etdiyini, ancaq heç bir nəticənin olmadığını bildirir.

İndi o, qardaşının həyatda olub-olmadığını ayırd etməkdə acizdir. Nə edəcəyini isə bilmir.

Sədaqət SÜLEYMANOVA     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər