Arxiv
28 Sentyabr 2018, 11:40 | REPORTAJ
Eldar Əzizov Bakıya yağan leysanın fəsadlarından DANIŞDI: “Gərək özümüzü sığortalayaq” - ÖZƏL  

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının müavini, faktiki olaraq mer vəzifəsini icra edən Eldar Əzizov sentyabrın 23-də 40 dəqiqə ərzində Bakını gölə çevirən leysan xarakterli yağışın törətdiyi fəsadlarla bağlı açıqlama verib.

Eldar Əzizov Modern.az saytına açıqlamasında bildirib ki, sentyabrın 23-də yağan yağış müəyyən mənada lokal xarakterli təbii fəlakətdir:

“Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də açıqlama verildi. 45 dəqiqə ərzində bir aylığın 122 faiz norması yağış yağıb. Zəif yerləri də müəyyən etdik, artıq tapşırıq verilib. Komissiya bu cür problemlərin yaşanma ehtimalı yüksək olan ərazilərdə araşdırma aparır. Çalışırıq və istəyimiz odur ki, gələcəkdə bu cür vəziyyətdən özümüzü sığortalayaq”.

 

Eldar Əzizov şəhərin mərkəzindəki ərazilərin satılaraq, yerində çoxmərtəbəli binaların tikilməsinin bu problemi daha da artırdığı barədə deyilənlərə də münasibət bildirib.

 

“Gəlin tələsməyək, komissiya yaradılıb, səbəbləri araşdırırlar. Yekun rəylə bağlı rəsmi açıqlama olacaq. Hadisələri qabaqlayıb məsələnin nədən ibarət olduğunu demək olmaz. Amma məlumdur ki, Almaniyada və digər Avropa ölkələrində də bu cür hadisələr baş verir. Ona görə biz səbəblərin obyektiv və subyektiv tərəflərini ayırmalıyıq. Hadisənin belə olma səbəbini aydınlaşdırmalıyıq və gələcəkdə belə hadisələrdən özümüzü sığortalamalıyıq”.

Eldar Əzizovun saytımızın “Bu kimi hallardan sığortalana biləcəyikmi” sualına cavabı belə olub:

“Tam həcmdə olmasa da, müəyyən mənada bunu etmək mümkündür”.

E.Əzizov Meriyanın hadisə ilə bağlı açıqlamasında “Azərsu” ASC-nin kollektorları gec işə salması ilə bağlı ittihamına da aydınlıq gətirib:

“Burada komissiyanın rəyi daha əhəmiyyətlidir. Məsələdə “Azərsu”, yaxud digər strukturların müəyyən payları ola bilər. Amma yekun nəticə üçün komissiyanın rəyini gözləməliyik. Qabaqlayıb yalnış məlumat verə bilmərəm”.

 

Qeyd edək ki, sentyabrın 23-də paytaxta yağan leysan yağışı Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində, Əhməd Rəcəbli küçəsində, Bakıxanov küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsində (bu hissədə hərəkət tam dayandırılıb), Neftçilər prospekti - Dəniz vağzalı istiqaməyində nəqliyyatın hərəkətini iflic edib. “7A” və “7B” müntəzəm avtobus marşrutlarının içərisinə su dolduğundan bir neçə nəqliyyat vesitəsində etxniki nasazlıq yaranıb. Nəticədə onlarla sərnişin yağışın altında gözləməli olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, yağış Bakıda 21 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm) olub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Məşhur kinorejissorun İNTİHARI - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib... 25 Avqust 2019, 13:01 Ova gedən şəxs birlikdə getdiyi dostunu güllələdi 25 Avqust 2019, 12:40 Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib - VİDEO 25 Avqust 2019, 12:23 Biz mütləq qayıdacağıq!!! - Bahar Muradova 25 Avqust 2019, 12:00 Məşhurların övladları: Qabil Hüseynlinin musiqiçi qızı - Mətin pilot xanımı - DOSYE 25 Avqust 2019, 11:37 ABŞ-da sualtı kitabxana açılıb   25 Avqust 2019, 11:19 Ən təhlükəli qan qrupu açıqlandı 25 Avqust 2019, 11:00 “Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı 25 Avqust 2019, 10:47 Oğuzda dağlıq ərazidə meşə yanır - 2 helikopter və təyyarə cəlb edilib   25 Avqust 2019, 10:30 Hacıların sonuncu qrupu bu gün vətənə dönür 25 Avqust 2019, 10:13 Yol polisi sürücülərə və sərnişinlərə sərin su payladı - FOTO 25 Avqust 2019, 10:00 Qubadakı yanğın məhdudlaşdırıldı 25 Avqust 2019, 09:45 Mövqelərimiz atəşə tutuldu 25 Avqust 2019, 09:30 Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib   25 Avqust 2019, 09:15 Azərbaycan adından qrant alan qurumlar hesabat verəcək - QƏRAR 25 Avqust 2019, 09:00 Rusiyada azərbaycanlı bloqer SAXLANILDI 25 Avqust 2019, 00:53 Sumqayıtda iki qrup arasında kütləvi dava 25 Avqust 2019, 00:43 Bakıda avtobus iki piyadanı vurdu 25 Avqust 2019, 00:28 Zeynəbin  təhsil haqqı tam ödənildi 25 Avqust 2019, 00:12 Xəzərdə batan 2 nəfər xilas edildi 24 Avqust 2019, 23:57 Fransada etirazçılarla  qarşıdurma 24 Avqust 2019, 23:38 Heydər Əliyev Mərkəzinin parkında konsert 24 Avqust 2019, 23:24 Türkiyədə polisləri daşıyan maşın aşdı: 2 ölü 24 Avqust 2019, 23:10 Sumqayıtda toy zamanı şadlıq evi yandı: 360 nəfər təxliyyə edildi 24 Avqust 2019, 22:59 Şəkidə yanğın 70 hektar ərazini kül etdi 24 Avqust 2019, 22:46 Sərbəst sözün işığı 24 Avqust 2019, 22:37 Ruhani  rialdan dörd sıfrı silir 24 Avqust 2019, 22:17 Goranboyda ağır qəza: 1 ölü, 5 yaralı 24 Avqust 2019, 21:44 "Səbail" I pilləyə yüksəldi 24 Avqust 2019, 21:30 Ərdoğan İmamoğlunu yenə tənqid etdi 24 Avqust 2019, 21:13 Kürdəmirdə daha bir fəhlə iş yerində öldü 24 Avqust 2019, 20:56 Rusiyada iki azərbaycanlı həbs olundu 24 Avqust 2019, 20:38 Gecə klubunda 52 nəfər saxlanıldı 24 Avqust 2019, 20:19 Tramp Makronla G7 sammiti öncəsi müzakirə apardı 24 Avqust 2019, 20:01 Yevlaxda 17 gün əvvəl edilən oğurluğun üstü açılıb 24 Avqust 2019, 17:56