Modern.az

Deputat növbəti səyyar görüşdə (FOTOLAR)

Deputat növbəti səyyar görüşdə (FOTOLAR)

Parlament

14 Oktyabr 2011, 11:48

Deputat Novruz Aslanovun İsmayıllı rayon seçiciləri ilə görüşləri davam edir. Müntəzəm olaraq millət vəkili İsmayıllı rayon mərkəzindəki ofisində və kəndlərdə  seçiciləri ilə görüşlər keçirir. Məlumat verdiyimiz kimi rayonun kəndlərində səyyar görüşlər rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov və onun aparatı ilə birgə keçirilir.

Oktyabrın 13-də millət vəkili Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Bu dəfə rayonunun Uştal kəndində rayon İcra Hakimiyyətinin başçısı və yerli strukturların rəhbərlərinin iştirakı ilə birgə seçicilərin qəbulu təşkil edilib. Qaldırılan məsələlər əsasən kəndin köhnəlmiş işıq dirəklərinin dəyişdirilməsi və təbii qazın verilməsi ilə bağlı olub. Belə məsələlər həmişə millət vəkilinin diqqət mərkəzində olub və əlaqədar qurumlara bu məsələlər barədə müvafiq müraciətlər edilib. Bu dəfə də qaldırılan məsələlərə dair müvafiq addımların atılacağı sakinlərin diqqətinə çatdırılıb.

“Məlumat üçün bildirək ki, Uştal kəndində aztəminatlı ailələrə deputat tərəfindən müvafiq yardımlar edilib, kənddə xeyir və şər məclislərini keçirilməsi üçün 1 ədəd cadır verilib. İçməli su məsələsi həll edilib”-deyə deputatın qərargahından bildirilib.

 





Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı