Modern.az

Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşməsini təklif edib

Azərbaycan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşməsini təklif edib

Parlament

14 Oktyabr 2011, 13:20

ATƏT PA rəhbərliyi və ATƏT-in Minsk qrupunun həmsədrləri təklifi dəstəkləyiblər

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, parlamentin vitse-spiker Bahar Muradova bildirib ki, Azərbaycan tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının görüşünün keçirilməsi təklifi ilə çıxış edib.
Modern.az saytının məlumatına görə, Bahar Muradova bildirib ki, təklifin irəli sürülməsində məqsəd tərəflər arasında etimad yaratmaqa xidmət edir. B.Muradovanın sözlərinə görə, ATƏT PA rəhbərliyi və ATƏT-in Minsk qrupunun həmsədrləri də bu təklifi dəstəkləyiblər.

Milli Məclis sədrinin  müavini deyib ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti tərəflər arasında keçirilməsini vacib hesab etdiyi görüşün Bakıda və ya neytral bir şəhərdə təşkil olunması təklifini irəli sürüb.
"Hesab edirəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları olduqlarına görə görüş Bakıda keçirilə bilər. Ancaq görüşün Vyanada da keçirilməsi mümkündür"-deyə B.Muradova əlavə edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?