Modern.az

Ərdoğan İndoneziyaya kömək təklif etdi

Ərdoğan İndoneziyaya kömək təklif etdi

Dünya

30 Sentyabr 2018, 20:01

Türkiyə İndoneziyaya baş verən və tələfata səbəb olmuş zəlzələ ilə bağlı hər cür köməklik göstərməyə hazırdır. Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Tvitter" sosial şəbəkəsində yazıb.

 

Türkiyə prezidenti, həmçinin İndoneziya xalqına ölənlərlə əlaqədar başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.

 

Son məlumatlara əsasən, İndoneziyanın Sulavesi adasında baş verən zəlzələ və sunami nəticəsində 832 nəfər həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi