Modern.az

Deputat metroda çəkilən fotosundan danışdı: “Neçə ildir ictimai nəqliyyatdan istifadə edirəm” - FOTO

Deputat metroda çəkilən fotosundan danışdı: “Neçə ildir ictimai nəqliyyatdan istifadə edirəm” - FOTO

1 Oktyabr 2018, 08:21

Milli Məclisinin deputatı Naqif Həmzəyev Bakıda metro vaqonunda fotokameralara tuş gəlib. Fotoda deputatın  ayaqüstə dayanaraq telefonu ilə məşğul olduğu əks olunub.

Naqif Həmzəyev Modern.az-a açıqlamasında deyib ki, uzun illərdir ki, ictimai nəqliyyatdan istifadə edir.

“Qatarda şəklimin çəkilməsinə nə deyə bilərəm ki!.. Bu adi haldır. Foto “Elmlər Akademiyası” stansiyasında qatarda gedərkən çəkilib. Neçə ildir ki, ictimai nəqliyyatdan istifadə edirəm. Gəncədə də işə çox vaxt piyada gedirəm. Burada qeyir-adi heç nə yoxdur”.

Qeyd edək ki, deputatın vaqonda çəkilən fotosu sosial şəbəkədə yayılıb.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!