Modern.az

Əli Həsənovdan köçkünlərə yeni xəbərlər var

Əli Həsənovdan köçkünlərə yeni xəbərlər var

Təhsil

14 Oktyabr 2011, 19:20

“Bu il məcburi köçkünlər üçün nəzərdə tutulan tikililərin hamısı təhvil veriləcək”. Modern.az saytı xəbər verir ki, bu barədə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib. Əli Həsənov deyib ki, Laçından olan məcburi köçkünlər üçün Ağcabədinin Taxtakörpü qəsəbəsində 552 fərdi mənzildən ibarət qəsəbə tam hazırdı, bu yaxınlarda onun açılışı olacaq. Goranboy rayonu ərazisində 19 ədəd beşmərtəbəli binada 562 mənzildən ibarət yaşayış məhəlləsinin tikintisi nöyabrın 20-dək tamamlanacaq.

“Planlaşdırmışıq ki, noyabr ayında Goranboydakı məhəllənin açılışını edək və məcburi köçkünləri o evlərə köçürək. Üçüncu qəsəbə yenə də Ağcəbədi rayonu ərazisində salınır. Orada təkcə Ağcəbədi ərazisində olan məcburi köçkünlər deyil, digər rayonlarda yaşayan məcbüri köçkünlər köçürüləcək. Əsasən Kəlbəcər, Ağdam, Laçın rayonlarından olan məcburi köçkünlər orada yerləşdiriləcək. Onlar üçün 10 ədəs beşmərtəbəli binada 556 mənzildən ibarət qəsəbənin tikintisi davam edir. Onun da açılışı noyabr ayının axırı dekabrın birinci ongünlüyündə olacaq və  köçkünlər ora bu il köçürüləcək”.

Ə.Həsənov deyib ki, gələn il Abşeron rayonunun Masazır qəsəbəsində köçkünlər üçün çoxmərtəbəli yaşayış binalarının tikintisi davam edəcək.
“Yəqin bu ildən tikintisinə başlanılacaq, çünki orada texniki şərtlər artıq alınıb və təqdim olunub ekspertizaya. Layihə ekspertizadan keçən kimi tikintiyə başlanılacaq. Gələn il biz Bakı Dövlət Universitetin yataqxanasındakı köçkünlərin ora köçürülməsinə nail olacağıq. 2012-ci ildə biz həmçinin İmişli rayonu ərazisində tikinti aparacağıq, orada salınacaq qəsəbədə fin evlərində yaşayan məcbüri köçkünlər yerləşdiriləcək”.
Ə.Həsənov deyib ki, İsmayıllı rayonun ərazisində kiçik bir qəsəbənin tikintisi nəzərdə tutulub

Komitə sədrinin sözlərinə görə, Bakıda sakinlərin evlərində yaşayan məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Artıq 20-yə qədər evdən məcburi köçkün ailəsi köçürülüb. Bu proses davam edir.

Mail Ağaxanov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür