Modern.az

Fransa prezidenti İlham Əliyevə məktub göndərib

Fransa prezidenti İlham Əliyevə məktub göndərib

14 Oktyabr 2011, 19:27

Fransa Respublikasının Prezidenti Nikola Sarkozi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib. Modern.az Azərbaycan Prezientinin rəsmi saytına istinadən bildirir ki, Sarkozi məktubunda yenicə başa çatan Bakı səfərindəki qəbula görə İlham Əliyevə təşəkkür edib. Məktubda deyilir.

- Cənab Prezident, əziz İlham!
Bu qədər zəngin və uğurlu səfərdən sonra Bakıda mənə göstərilmiş səmimi və əla qəbula görə Sizə ən dərin minnətdarlığımı bildirmək istəyirəm.
2009-cu ilin dekabrında Parisə səfəriniz zamanı Sizə bildirdiyim kimi, mən ölkənizin iqtisadi uğurunun bir sıra aspektlərini və rəhbərliyiniz altında Bakıda həyata keçirilmiş dəyişiklikləri öz gözlərimlə görmək məqsədilə Azərbaycana səfər etməyimi arzulayırdım. Vaxtımın məhdud olmasına baxmayaraq, gördüklərim məndə böyük təəssürat yaratdı.
Mən, həmçinin Bakıda Fransız Liseyinin yaradılmasına verdiyiniz həlledici dəstəyə görə Sizə, eləcə də xanımınıza təşəkkürümü bildirirəm. Bu layihə həm Azərbaycanda yaşayan və övladlarına öz dili və mədəniyyəti çərçivəsində təhsil vermək istəyən fransız icması, həm də ölkənizə xidmət etmək naminə fəal həyata başlamazdan öncə universitetlərimizə daxil olmağı arzulayan gənc azərbaycanlılar üçün faydalı olacaqdır.
Mən ölkələrimiz arasında artıq intensiv xarakter daşıyan münasibətləri gücləndirəcək strateji tərəfdaşlığın qurulması təklifimi təkrar edirəm.
Gələcək səfərlərinizdən birində Parisdə Sizi yenidən qəbul etmək ümidi ilə Sizə bir daha öz minnətdarlığımı bildirir, ən dərin hörmət və ehtiramımı, eləcə də dostluq hisslərimi qəbul etməyinizi xahiş edirəm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?